Azərbaycanlı müəllim və ictimai fəal yenidən zindana qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı müəllim və ictimai fəal Cəfər İbrahimi yenidən zindana qaytarılıb.

Tehran Müəllimlər İttifaqının üzvü, İran Təhsil İşçiləri Həmkarlar İttifaqının Koordinasiya Şurasının müfəttişi, azərbaycanlı müəllim Cəfər İbrahimi Tehranın Evin zindanına qaytarılıb.

Azərbaycanlı müəllim universitetdə doktoranturaya qəbul imtahanında iştirak etmək üçün edilən çox saylı müraciətlərdən sonra müvəqqəti buraxılmışdı.

Qeyd edək ki, Cəfər İbrahimi İran Müəllimlər Birliyinin 2022-ci il 1 maya təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün öncə aprelin 30-da Rəsul Budaği, Əliəkbər Bağati və Məhəmməd Həbibi ilə birgə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Cəfər İbrahiminin müvəqqəti azadlığa çıxması üçün 700 milyon tümənlik vəsiqə qərarlaşdırılmışr. Lakin fəalın ailəsi vəsiqəni təmin etsə də molla rejimin məmurları onun zaminə buraxılmasına mane olmuşdular.

Həmçinin yoxlayın

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato Güney Azərbaycanla bağlı hesabat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May …

Molla rejimin qüvvələri azərbaycanlı xanım fəalın evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları bu gün səhər saatlarında Təbrizdə …