Bazar , Sentyabr 20 2026
azfa

Azərbaycanlı sənətçi və fəallar Təbrizdə prokurorluğa çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Təbrizdəki Ümumi və İnqilab Prokurorluğu azərbaycanlı milli-mədəni fəal və sənətçilər Əhməd və Mustafa Əşrəfi Liqvan qardaşlarına prokurorluğa çağırıb.

Bununla bağlı rejimin məhkəmə sistemindən fəallara bildiriş göndərilib. Azfəallardan istənilib ki, rejimin Təbrizdəki Ümumi və İnqilab Prokurorluğunun 15-ci bölməsinə getsinlər.

Qeyd edək ki, Əşfəri Liqvan qardaşları bundan öncə mayın 22-də özlərinin iş yerində rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanaraq ETTELAAT təcridxanasına aparılmışdılar.

Onlar 11 gün ETTELAAT təcridxanasında dindirildikdən sonra rejimin Təbrizdəki zindanına köçürülmüşdülər. 

Azərbaycanlı qardaşlar “Hökumətə qarşı təbliğat fəaliyyəti göstərmək”də ittiham olunaraq, iyun ayının 5-də 100 milyon tümən girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdılar.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …