GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəal Cavad Sudbarın həyat yoldaşı şəxsi İnstaqram səhifəsində paylaşım edərək, bildirib ki, həyat yoldaşı Cavad Südbar Təbrizdə rejimin ETTELAAT İdarəsinin təcridxanasında aclıq aksiyasındadır.
Azərbaycanlı fəalın artıq 12 gündür aclıq aksiyasında olduğu bildirilir. Azərbaycanlı fəala ailəsinə və ya yaxınlarına zəng etmək imkanı verilmədiyi üçün onun həyat yoldaş fəalın fiziki sağlamlığından son dərəcə narahat olduğunu bildirib.
İlham xanım Həbibi dünyadakı bütün azadlıqsevər insanlardan və türk fəallarından onun ədalət çağırışına dəstək vermələrini, Cavad Südbər və dostlarına qarşı ədalətsizliyi və zülmü bütün dünya ictimaiyyətinə çatdırılmasını istəyib.