Cümə axşamı , Sentyabr 24 2026
azfa

Azərbaycanlı siyasi məhbus Əli Vasiqi məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildə həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Əli Vasiqi iyunun 28-də məzuniyyətə buraxılıb.

Azərbaycanlı fəal 50 milyon tümən girov qarşılığında bir həftə müddətinə məzuniyyətə buraxılıb.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəallar Əli və Rza Vasiqini 5 il həbsə məhkum edib. Əli Vasiqini 3 il və qardaşı Rza Vasiqini 2 il həbsə məhkum edib.

Rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi, hakim Məhdəviradın sədrliyi iki qardaş Əli və Rza Vasiqini, “Vərəqələr yaymaqla sistemə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək” ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.

Bu qərar avqustun 18-də çərşənbə axşamı günü Ərdəbildə yerləşən rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsinin ofisində şifahi olaraq azərbaycanlı fəallara elan edilib.

1985-ci ildə Ərdəbildə anadan olan Əli Vasiqi iki qız atasıdır. O, 2011, 2015 və 2018-ci illərdə də milli-mədəni fəaliyyətlərinə görə saxlanılıb, işgəncə görüb və həbs edilib.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Əli Nejadabbasinin Təbriz həbsxanasında həbsi davam edir

GADTB: Bostanabad bölgəsindən olan azərbaycanlı siyasi məhbus Əli Nejadabbasi cəzasını çəkmək üçün hazırda Təbriz həbsxanasının …

İranın müsadirə edilmiş 600 milyon dollar dəyərində 6 milyon barrelə yaxın nefti ABŞ-a aparılır

GADTB: TankerTrackers-in məlumatına görə, İranın müsadirə edilmiş, ümumi dəyəri təxminən 600 milyon dollar olan 6 …