Çərşənbə , İyun 17 2026
azfa

Azərbaycanlı siyasi məhbus Əli Vasiqi yenidən zindana qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Əli Vasiqi dünən yenidən zindana qaytarılıb. O məzuniyyət müddəti bitdiyi üçün yenidən zindana qaytarılıb.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəallar Əli və Rza Vasiqini 5 il həbsə məhkum edib. Əli Vasiqini 3 il və qardaşı Rza Vasiqini 2 il həbsə məhkum edib.

Rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi, hakim Məhdəviradın sədrliyi iki qardaş Əli və Rza Vasiqini, “Vərəqələr yaymaqla sistemə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək” ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.

Bu qərar avqustun 18-də çərşənbə axşamı günü Ərdəbildə yerləşən rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsinin ofisində şifahi olaraq azərbaycanlı fəallara elan edilib.

1985-ci ildə Ərdəbildə anadan olan Əli Vasiqi iki qız atasıdır. O, 2011, 2015 və 2018-ci illərdə də milli-mədəni fəaliyyətlərinə görə saxlanılıb, işgəncə görüb və həbs edilib.

Həmçinin yoxlayın

Güney Azərbaycanda vəkil öldürülüb

GADTB: Güney azərbaycandan olan vəkil Məcid Pejumanın cəsədi Qərbi Azərbaycan əyalətindəki Həsənlu bəndi ətrafında aşkar …

ABŞ-la İran arasında razılaşma BMT-də təsdiqlənəcək

GADTB: “Bloomberg” ABŞ və İran arasında müzakirə olunan 14 maddəlik anlaşma memorandumunun layihəsini dərc etdiyini …