Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşinin müalicə üçün məzuniyyət müddəti uzadılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Əlirza Fərşi müalicə üçün məzuniyyət müddəti uzadılıb.

Əlirza Fərşi özünün sosial şəbəkə hesabında məzuniyyət müddətinin 20 iyun tarixinə qədər uzadıldığını yazıb.

Ə.Fərşi yazıb ki, Baharistan şəhərindəki Ümumi və İnqilab Prokurorluğunun Məhkəmə Hökmlərinin İcrası İdarəsinin ikinci şöbəsinin hakimi Vəliullah Heydərnəjad məzuniyyət müddətimi iyunun 20-ə qədər uzadıb və Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinə göndərilən dosyemin ardını tutmağını tövsiyə etdi. Hakim 2014 və 2019-cu illərdə barəmdə açılan cinayət işinin birləşdirilməsini və bununlada qalan həbs müddətimi elektronik qandalla zindandan kənar keçirilməyimin mümkün olduğunu söylədi”.

Qeyd edək ki, azərbaycanlı siyasi məhbus Əlirza Fərşi sağlamlığında problemlər yarandığı və gözündən əməliyyat olunması səbəbindən yanvarın 9-da Tehranın Fəşafuyə zindanından tibbi məzuniyyətə buraxılıb və məzuniyyət müddəti iki dəfə uzadılıb.

Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fə al “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib. O, 2020-ci ilin iyul ayının 21-dən bu günə kimi Tehranın “Fəşafuyə” zindanında həbs cəzasını çəkməkdədir.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …