Cümə axşamı , Oktyabr 22 2026
azfa

Azərbaycanlı siyasi məhbus Abbas Lisani aclıq aksiyasına davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejimin qanunsuz şəkildə həbs etdiyi azərbaycanlı fəal Abbas Lisani aclıq aksiyasına davam etməkdədir.

Ərdəbil şəhərində zindana salındığı tanınnmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani bu gün 10 gündür aclıq aksiyasına davam edir.

Azərbaycanlı fəal mayın 27-də aclığa başlmış və mayın 28-də günortadan sonra zindanın qarantin bölməsinə köçürülmüşdü.

Qeyd edək ki, fəal, məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosyenin xülasəsi ona təhvil verilməməsinə etiraz olaraq aclıq aksiyasına başlamışdı.

Tanınmış azərbaycanlı fəal Abbas Lisani 2019-cu il yanvarın 15-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq rejimin Ərdəbildə yerləşən ETTELAAT İdarəsinin təcrixanasına, oradan isə bu şəhərdə rejimin zindanına köçürülmüşdü.

Rejim qanunusz və qeyri-müəyyən həbslə azərbaycanlı fəalla qarşı saxta dosye hazırlayıb, onu ağır cəzalarla cəzalandırmaq istəyir.

Özü də haqsızlığa məruz qalan azərbaycanlı siyasi məhbus Hamid Allahverdipur da rejimin Lisaniyə haqsızlığına etiraz olaraq aclıq aksiyasına başlamışdı.

Azərbaycanlı fəal Abbas Lisaninin aclıq aksiyasının 3-cü günündə rejim tərəfindən Əhərdə zindana salınan azərbaycanlı milli-mədəni fəal Hamid Allahverdipur aclıq aksiyasına başladı və 5 gün müddətinə aclıq aksiyasına davam etdi.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …

Bir cavab yazın