Şənbə , Aprel 27 2024
azfa

`Azərbaycanlı siyasi məhbus Abbas Lisani tibbi məzuniyyətə buraxılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisani tibbi məzuniyyətə buraxılır. Artıq təyin edilmiş 800 milyon tümənlik girov da rejimin Ərdəbildəki zindanına təqdim olunub. .

Abbas Lisaninin ailəsi dünən yanvarın 7-i səhər saatlarında rejimin Ərdəbildəki məhkəməsində olub və 800 milyon tümənlik girovu zəmanət qoyublar. Sonra isə onlar məhkəmədən aldıqları məzuniyyət haqqında sənədi Ərdəbil zindanına təhvil veriblər.

Ərdəbil zindanının rəsmiləri məhkəmə qərarını icra etməklə siyasi məhbusun məzuniyyətə buraxmaları gözlənilir.

Girov qarşılığında məzuniyyət qərarı dünən ayın 6-da Ərdəbil prokropru Seyid Abdullah Təbatəbayi tərəfindən verilib.

Qeyd edək ki, bir müddət öncə rejimin Ərdəbildəki zindanında həbsdə saxlanılan zərbaycanlı siyasi məhbuslar koronavirusa yoluxduruldu. Onsuz da Qarabağ müharibəsi başlayandan görüş və telefon əlaqəsinə qadağa qoyulduğu Abbas Lisani də koronavirusa yoluxduruldu və onun vəziyyətinin ağır olduğu bildirilirdi.

30 sentyabr tarixində Lisani adına fəaliyyət göstərən “Telegram” və “İnstagram” səhifələrində bir video yayınlanmışdı. Videoda həbsindən bir neçə gün öncə A.Lisani yaxın gələcəkdə işğalçı ermənilərin kabuslarının gerçəkləşəcəyini bildirirdi.

Video çıxışında Abbas Lisani bildirirdi ki; “Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan parlamentdə Dağlıq Qarabağın işğalçılarına və işğalının tərəfdarlarına Qarabağ məsələsi həll olunmasa, Cənubi Azərbaycan adlı “yatmış dev” ilə qarşılaşacağıq. Əgər o dev oyansa bizi yox edəcək.

Həmin video müraciətdə Abbas Lisani deyirdi ki, “Türk və Azərbaycan düşmənlərinə pis xəbərim var. Onlara bildirmək istəyirəm ki, yatmış dev Azərbaycan artıq oyanıbdır. İran opozisionu dekabr 2017-ci il etirazlarında Azərbaycanın siyasi çəkisini başa düzgün dəyərləndirə bilmədilər. Bu onların ciddi stratejik səhvi idi. Bu gün Azərbaycan güclü şəkildə bir neçə cəbhədə döyüşməəyə qadirdir. Bu cəbhələrdən biridə Qarabağ cəbhəsidir. Vaxtı çatanda hamı Azərbaycanın necə bir güc göstərəcəyinin şahidi olacaq.”

Həmin müraciətdən, eləcə də aksiyalara çağırışlardan bir müddət sonra Güney Azərbaycan şəhərlərtində İranın Ermənistana yardımlarına etiraz olaraq aksiyalar başlandı. Güney Azərbaycanda Azərbaycan Türk Milləti Nurduz keçid məntəqəsinin bağlanmasını tələb etmişdi.

Xatırladaq ki, azərbaycanlı milli fəal Abbas Lisani rejimin məhkəməsi tərəfindən 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib və hazırda Ərdəbil zindanının 7-ci bölməsində həbsdə saxlanılır. İran Ali Məhkəməsi isə rejimin Ərdəbildə yerləşən Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı ədalətsiz qərarı olduğu kimi qüvvədə saxlayıb.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …