Cümə axşamı , Aprel 25 2024
azfa

Azərbaycanlı siyasi məhbus Abbas Lisaninin həyatı təhlükədədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Abbas Lisani rejimin zindanında müalicə olunmadığı üçün sağlıq durumu kəskin ağırlaşıb.

Kəskin diz və bel ağrılarından əziyyət çəkdiyi üçün Ərdəbilin Fatimi xəstəxanasının həkimlərinin rəyinə əsasən MRT mərkəzlərindən birinə köçürülməli olan azərbaycanlı siyasi məhbus Abbas Lisani indi əlavə olaraq onda yüksək qan təzyiqi aşkar edilib.

İyun ayının 7-də azərbaycanlı siyasi məhbusun ailəsinin təkidlərindən sonra onun qanının nümunəsi həbsxanadan xaric şəhər laboratoriyasında analız edilməsi üçün ailəsinə verilib.

İran rejiminin də imzaladığı Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktının 10-cu maddəsində “Azadlıqdan məhrum edilən bütün şəxslər insani rəftar və insan şəxsiyyətinə xas olan ləyaqətlərə hörmət hüququna malikdirlər” tövsiyəsinə baxmayaraq, İran rejimi siyasi məhbuslara qarşı qeyri-insani davranışlarını davam etdirir.

Həmçinin “İran Zindanları Təşkilatının İcra Qaydaları”nın 102, 103 və 113-cü bəndlərində məhbusların sağlıq durumlarına diqqət yetirilməsi və onların tibbi xidmətdən istifadə hüququna malik olmaları ilə bağlı qeydlərə baxmayaraq, İran Məhkəmə Sistemi məhbuslara qarşı ayrıseçkilik münasibəti bəsləyir, onların hüquqlarının təmini ilə bağlı məmurların şəxsi seçimləri və mövqeləri əsas götürülür.

Qeyd edək ki, azərbaycanlı siyasi məhbus Abbas Lisani mayın 25-i səhər saatlarında kəskin bel və diz ağrıları üzündən 12 məmurun müşayiəti ilə Ərdəbil şəhərinin Fatimi xəstəxanasına köçürülmüşdü.

Abbas Lisani həmin xəstəxanada müayinə edilib, ona ağrı kəsici dərmanlar verilib, ağrıların dəqiq mənbəyini öyrənmək üçün MRT-ə ehtiyac olduğu bildirilib.

Abbas Lisani bir müddətdir bel və diz ağrılarından əziyyət çəkir. Həkimlərin dediyinə görə, onun dizinə su yığılır, belində də disk yırtığı var.

Azərbaycanlı siyasi məhbusun belə ciddi xəstəliklərdən zəiyyət çəkməsinə baxmayaraq təhlükəsizlik orqanlarının müdaxiləsi nəticəsində zindan məsulları onun duruma laqeyd yanaşır, müalicə olunmasına imkan vermirlər.

Bildirək ki, tanınmış azərbaycanlı fəal Abbas Lisani 2019-cu il yanvarın 15-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsində oğurlanaraq həbs edilmişdir.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …