Cümə axşamı , Oktyabr 15 2026
azfa

Azərbaycanlı siyasi məhbus Pərviz Siyabinin durumundan heç xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı siyasi məhbus Pərviz Siyabi Gürcanidən heç bir məlumat verilmir.

Tanınmış 77 yaşlı azərbaycanlı milli fəal xəstə olmasına və həbsə tab gətirə bilməməsinə baxmayaraq, lazımi tibbi xidmətlərdən məhrum edilərək Ərdəbildə rejimin zindanında həbs edilmişdir.

Pərviz Siyabinin müalicə olunması ilə bağlı 5 nəfərdən ibarət həkim heyətinin arayış verməsinə baxmayaraq, onun müalicəsinin davam etdirilməsinə icazə verilməmişdi.

Qeyd edək ki, azərbaycanlı fəal Pərviz Siyabi Gürcani 2021-ci il iyulun 25-də molla rejiminin məmurları tərəfindən yaxalanmışı. 

Azərbaycanlı fəal 5 avqustda dindirilmə müddəti bitdikdən sonra ETTELAAT İdarəsinin təcridxanasında Ərdəbil zindanına köçürülüb və 29 avqust tarixində 250 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …