Cümə axşamı , Oktyabr 22 2026
azfa

Azərbaycanlı siyasi məhbus Tohid Əmirəmini şərti azadlıqdan imtina edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ana dili hüquqları uğrunda fəaliyyətlərinə görə uzun müddət həbsdə saxladığı azərbaycanlı siyasi məhbus Tohid Əmirəmini şərti azadlıqdan imtina edib.

Tehranda Evin zindanının 4-cü bölməsində həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Tohid Əmiramini onunla görüşən rejimin ETTELAAT İdarəsinin nümayəndəsi və Evin zindanının rəisinin şərti azadlığa çıxmaqla bağlı təkliflərinə etiraz edib.

Dekabrın 5-də Evin zindanının təhlükəsizlik bölməsinə aparılan Tohid Əmirəmini ilə orada onun şərti azadlığa buraxılması barədə danışıblar.

Axərbaycanlı fəal həbs müddətinin 4 ilini başa vurduğunu və qalan 1 il üçün hər hansı şərtlə razı olmadığını bildirərək, onların təklifini qəbul etməyib.

Qeyd edək ki, azərbaycanlı fəal Kiyanuş Aslani, Tövhidəmir Əmini ilə birlikdə 2019-cu il fevralın 20-də Beynəlxalq Ana Dili Günü münasibəti ilə Tehranda poster payladıqları üçün irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdırlar.

Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi Tövhidəmir Əminiyə “Sistem əleyhinə təbliğat aparmaq” ittihamından bəraət verib, lakin digər ittihamı ilə bağlı çıxarılan həbs qərarını olduğu kimi qüvvədə saxlayıb. Fəallar brilikdə 12 il yarım azadlıqdan məhrum edilib.

Bundan əlavə, Kiyanuş Aslani 2 il müddətinə bütün qruplara üzv olmaq hüququndan məhrum edilib.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …