Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Azərbaycanlı siyasi məhbus Tohid Əmirəminini yenidən zindana qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim azərbaycanlı milli-mədəni fəal Tohid Əmirəminini 20 günlük məzuniyyətdən sonra yenidən Evin zindanına saldı.

Ana dili təbrikinə görə rejimin 5 il həbs cəzası verdiyi azərbaycanlı fəal 20 günlük məzuniyyətdən sonra may 24-də yenidən zindana qaytarılıb. Fəal  girov müqabilində məzuniyyətə buraxılmışdı.

Qeyd edək ki, işğalçı fars rejim azərbaycanlı milli-mədəni fəal Tohid Əmirəminini 210 gün təkadamlıq kamerada işgəncə altında saxladıqdan sonra Evin zindanına köçürdü.

Azərbaycanlı milli-mədəni fəal Tohid Əmirəmini Beynəlxalq Ana Dili Günü münasibətilə poster payladığı üçün Kyanuş Aslani ilə birlikdə yaxalanmışdır. Fəal indiyə qədər təkadamlıq kamerada işgəncə edilib.

Bir öncə isə Kyanuş Aslani Evin zindanına köçürülüb. Hazırda azərbaycanlı fəallar Tohid Əmirəmini, Kyanuş Aslani və Kazım Səfabəxş Evin zindanının 4-cü bölməsində həbsdə saxlanılırlar.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …