Şənbə , Aprel 27 2024
azfa

Azərbaycanlı siyasi məhbuslar Yusif Kari və Mehrdad Şeyxi azadlığa çıxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı siyasi məhbuslar Yusif Kari və Mehrdad Şeyxi iyunun 28-də məzuniyyətə buraxılıblar.

Onların həbs müddəti bitməkdə olduğu üçün məzuniyyət müddəti bitdikdən sonra zindana geri qayıtmayacaqlar.

Yusif Karinin 2 illik həbs müddətinin bitməsinə 50 gün, Mehrdad Şeyxinin 6 aylıq həbs müddətinin bitməsinə isə 20 gün qalanda onlar azadlığa çıxıblar.

Zindan rəsmiləri aprel ayının 27-də Ərdəbil Yusuf Kari və Mehrdad Şeyxi ilə görüşüb, milli fəaliyyətdən əl çəkəcəkləri təqdirdə onlara həbs cəzasının qalan hissəsi bağışlana və azad olunmaları barədə qərar verilə biləcəyini demişdilər. Lakin onlar bu şərti rədd etmişdilər.

Həmin siyasi məhbuslar bu təklifi rədd edib və fəaliyyətlərinin qanuni, onlara qarşı irəli sürülən ittihamların isə əsassız olduğunu bildirmişdilər.

Qeyd edək ki, Yusif Kari 2019-cu il  sentyabrın 3-də yaxalandıqdan sonra Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 6 il həbs cəzasına məhkum edilmişdi. Sonradan bu qərar Apellyasiya Məhkəməsinin 13-cü şöbəsi tərəfindən 2 il həbs cəzasına endirilmişdi.

Mehrdad Şeyxi isə 2019-cu il sentyabrın 20-də həbs olunaraq Ərdəbil İnqilab Məhkəməsi tərəfindən “Sistemə qarşı təbliğat aparmaq” ittihamı ilə bir il həbs cəzasına məhkum edilmişdi. Həmin qərar sonradan Apellyasiya Məhkəməsində 6 ay həbs cəzası ilə əvəzlənmişdi.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …