Cümə axşamı , Aprel 25 2024
azfa

Azərbaycanlı tədqiqatçı və türkoloq alim dr. Sədiq xəstəxanaya yerləşdirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın məşhur şairi, yazıçısı, tədqiqatçısı və türkoloğu alimi professor Hüseyn Məhəmməzadə Sədiq beyin şişinin müalicəsi ilə əlaqədar olaraq, 06.05.2022-ci il tarixindən etibarən Tehran şəhərinin Şəriəti xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, doktor Sadiq cənablarından çoxlu əsərlər qalıb. Molla Məhəmməd Füzulinin şer divanları, Bayrak Kuşçuoğlunun divanı, Əmir Əlişir Navainin əsərləri, Əbülqasım Nəbatinin divanı, İmadəddin Nəsiminin divanı, Qəribi Təbrizinin divanı, Şeyh Səfiyəddin Ərdəbilinin əsərləri kimi çoxlu əsərlərin redaktorluğu, hazırlaması və çap etməsini yekunlaşdırmışdır. Əmir Əli Şir Nəvainin əsərlərinin redaktorluğuna və nəşr etidirilməsinə görə Özbəkistan Respublikasının “Dostluq” ordeni ilə təltif edilib. Ədəbi fəaliyyətinə Təbrizdə “Məhd Azadi” həftəlik İncəsənət və İctimai qəzetində başlayan Hüseyn Sədiq cənabları, daha sonra 1971 və 1981-ci illərdə Yoldaş, Inqilab Yolunda, Yeni Yol, Bültən və Səhənd Həftəlik Qəzeti kimi mədəniyyət sahəsindəki jurnallar çərçivəsində fəaliyyətinə davam etmişdir. Yuxarıdakı əsərlərlə yanaşı, o, bir neçə şer kitabı və Azərbaycan dilində müxtəlif tərcümələr hazırlayıbdır. Bu müəllifin əsərləri İranda ümumən fars və Azərbaycan dillərində Hüseyn Sadiq, Hüseyn M. Sədiq, Hüseyn Düzgün və ya Hüseyn Sirxabli imzaları ilə nəşr edilib. Hüseyn Məhəmmədzadə Sadiq İran İslam Respublikası Konstitusiyasının prinsiplərinə uyğun olaraq, İranda fars dili yanında Azərbaycan dilinin tədris edilməsi sahəsində fəaliyyət göstərən qabaqcıllardan biri olub.

Həmçinin yoxlayın

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Türkiyənin Çanaqqalada qələbəsi ilə bağlı Atatürkün abidəsinə gül çələngi qoydular-Şəkil

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bu gün Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) …