GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz Universitetinin sənaye mühəndisliyi tələbəsi Pərıstu Fəridi məhkəmə prosesinin sonuna qədər bir milyard iki yüz milyon tümənlik girov qarşılığında Təbrizdə rejimin həbsxanasından azad edilib.
Hələlik həbsin səbəbləri, işin təfərrüatları və fəalın ittihamı məlum deyil.
Təbrizli həmin 20 yaşlı tələbə cari ilin noyabrın 3-də atasının evində rejimin ETTELAAT qüvvələri tərəfindən həbs olunmuşdu.
Həbs zamanı ETTELAAT məmurları onun bəzi şəxsi əşyalarını, o cümlədən mobil telefonlarını, noutbuk, fleş kartları və s. müsadirə etmişlər.