Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Azərbaycanlı uşaq 6 ildən sonra Çağrı adına doğum şəhadətnaməsi ala bildi

GADTB: Makı şəhərinin Qeydiyyat İdarəsi nəhayət, “Çağrı” adlı uşağın doğulmasından altı il keçdikdən və valideynlərinin apardığı müraciət və hüquqi mübarizədən sonra onun üçün doğum haqqında şəhadətnamə verib.

25 iyul 2020-ci il dünyaya gəlib. Lakin valideynləri şəxsiyyət sənədlərini almaq üçün müraciət etdikdə Maku Qeydiyyat İdarəsi bu adı “qanunsuz” elan edərək şəhadətnamə verməkdən imtina edib.

2025-ci ilin iyun ayı Makı Sülh Məhkəməsinin 3-cü şöbəsi də “adıçəkilən ad cəmiyyətdə geniş yayılmış və işlək adlar sırasında deyil” əsaslandırması ilə şəhadətnamənin verilməsinə qarşı çıxıb.

Çağrının valideynləri inzibati və hüquqi müraciətlərini davam etdirərək yenidən məhkəməyə müraciət etdikdən sonra nəhayət, övladlarının şəxsiyyət sənədinə sahib olmaq hüququnu təmin edə biliblər.

Makı Qeydiyyat İdarəsi nəhayət bu yaxınlarda Çağrı üçün doğum haqqında şəhadətnamə verib. Halbuki bu sənəd onun doğulduğu gündən etibarən ona təqdim edilməli idi.

Bu iş bir daha ad seçmək hüququ, ailələrin mədəni və dil hüquqları, eləcə də bəzi türk adlarının qarşılaşdığı maneələrlə bağlı suallar doğurur. Halbuki ad insanın ilk kimlik göstəricisidir və heç bir uşaq ən fundamental şəxsiyyət sənədindən illərlə məhrum edilməməlidir.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …