Azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi bəraət qazandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi bəraət qazanıb.

Rejimin Ərdəbildə yerləşən Apellyasiya Məhkəməsinin 13-cü şöbəsinin rəisi hakim Xudadadi azərbaycanlı vəkilə qarşı irəli sürülən itthamın sübuta yetirilmədiyini qeyd edərək ona bəraət verib. Azərbaycanlı fəal şərlənərək birinci instansiya məhkəməsi tərəfindən “dosyeni Abbas Lisaniyə açıqlamaqla məhkəmənin gizli sənədlərini ifşa etmək”də ittiham olunmuşdur.

Ərdəbil Cinayət Məhkəməsinin 102-ci şöbəsi tanınmış fəalın vəkilini qeyd etdiyimiz ittihama görə 2 il müddətinə davam etməklə 6 ay şərti həbsə məhkum etmişdir.

Məhbusların Hüquqlarının Müdafiəsi Dərnəyinin idarə heyətinin üzvü Məhəmmədrza Fəqihi 2019-cu il oktyabrın 20-də Ərdəbil prokurorluğuna çağırılaraq yaxalanmışdır. Ərdəbil həbsxanasında yaxalanan vəkil 3 gün sonra oktyabrın 23-də 50 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

Molla rejimi Ukrayna diplomatını İran Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. Görüş Ukrayna ordusunun …

Rusiya İrana ABŞ bazalarına hücum üçün peyk görüntüləri verir

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin kəşfiyyat xidmətlərinə Rusiyanın İrana göstərdiyi yeni dəstəklə …

Bir cavab yazın