GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı xanım fəal Səkinə Pirana işgəncə verilib. Ondan məcburi etiraf alınması üçün döyüldüyü bildirilir.
Güney Azərbaycanın Muğan bölgəsindən olan və Təbrizdə yaşayan 24 yaşlı gənc azərbaycanlı fəal Səkinə Piran sentyabrın 29-da işə gedərkən molla rejiminin məmurları tərəfindən həbs edilib.
ETTELAAT İdarəsinin təcridxanasında 7 gün sorğu-suala çəkilən azərbaycanlı fəal döyülərək, məcburi etiraf verməsi üçün işgəncə edilib.
Fəalın ailəsinin verdiyi məlumata görə, 7 günlük sorğu-suala çəkiləndən sonra Təbriz zindanına köçürülən azərbaycanlı fəalın səhhəti ağırdır və onun müalicəsinə də icazə verilmir.