Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycanlı yazıçı və şairə Süsən Nəvadeyi Rəzi dünyasını dəyişdi

GADTB: Güney azərbaycanlı yazıçı, şairə və ictimai fəal Süsən Nəvadeyi Rəzi martın 16-da 61 yaşında dünyasını dəyişib.

1962-ci ildə dünyaya gələn Süsən Nəvadeyi Rəzi uzun illər “Məhdi Azadi” qəzetinin türkcə bölümündə çalışıb.

Ömrünün son illərini “Təməddün” qəzetinin türkcə bölümündə Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə bağlı yazılar yazmaqla keçirib.

Nəvadeyi Rəzi “El bilimi” və “Folklorçu xanımlar” mədəni-ədəbi dərnəklərinin idarə heyətinin üzvü idi.

Onun “Arzuların gülşən bağı”, “Təbrizim kimi”, “Günlərin bir günündə”, “Muncuq hekayələri” və Azərbaycan dilində başqa bir neçə kitabı nəşr edilib.

Aşağıda onun son şeirlərindən biridir:

Hələ yaşayıram

Umudumda çillə gecəsi

Əllərim xəzəl səpilir payızlığıma

Baharın olaram bayramım olsan

Və ulduzluğunu sayrışaram

Hələ yaşayıram

Hələ ölməmişəm guman

nəmənəyə

…nəsnələr nəsnələrdən hələ

bəlkə də

Yaşamaq ölməyin o biri üzüdür?

Ürəyimdə dənizlər çaxnaşması var

Ovcumda balıqdır çabalayır sevgi

Qoynum sıx qucaqlaşmağa darıxır

dodaqlarım

Səhərin güzgüsündə, gülün gülüşü

Gözlərin sırrını bilmədim

Əkdiklərim cücərməmiş soldu nədənsə

Baharın olacaqdım bayramım olsaydın

Zaman şaşırdıcı ünsürdür

insanlar isə

acı və soyuqdurlar

Başımı qara-qara faciələr yağmalasada

Köksüm hələdə

yırğalanır yaşıl-yaşıl duyğular qoynunda.

Nəfəs çəkəndə nə olar?! bəlkədə illərdir ölmüşük…

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …