GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bakıda İran rejiminin həbs etdiyi azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə aksiya keçirilib.
Lənkəran və Masallı şəhərlərində Güney Azərbaycandan olan milli fəallar və siyasi məhbusların posterlərinin yayılmasından sonra iyunun 29-dan başlayaraq Bakının bir çox yerlərində də azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə çoxsaylı posterlər divarlara yapışdırılıb.
Əkbər Nəimi, Ruzbeh Piri, Abbas Lisani, Tohid Əmir Əmini, Məhəmməd Eyni və başqa məhbusların fotoları əks olunan afişalar habelə Bakı şəhərinin bir sıra küçələrində divarlara yapışdırılıb.
“Azadlıq, Ədalət, Milli hökumət” şüarı yazılan posterlərdə azərbaycanlı siyasi məhbuslara azadlığa buraxılması tələb edilib.
Qeyd edək ki, bundan öncə Lənkəran, Masallı və başqa şəhərlərdə də İranın həbs etdiyi azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə dəstək aksiyası keçirilmişdi.