Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti yalnız onun sözləri ilə desək, “İrandakı rejim dəyişənədək” davam edəcək.

Barneanın sözlərinə görə, bu missiyanın hərbi qarşıdurmaların bitməsi ilə qısa müddətdə başa çatacağı əvvəlcədən də gözlənilmirdi. O qeyd edib ki, planlaşdırma elə aparılıb ki, bu fəaliyyətlər Tehran əleyhinə əməliyyatlardan sonra da davam etsin.

O vurğulayıb ki, Mossad-ın strategiyası yalnız qısamüddətli əməliyyatlarla məhdudlaşmır, əksinə uzunmüddətli yanaşmanı əhatə edir və hərbi gərginlik azalsa belə bu xətt davam etdiriləcək.

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …