GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın “Traxtur” futbol komandasının icraçı müdiri Qulamreza Sadiqian öz vəzifəsindən istefa verib.
O, istefasını kənar müdaxilələrin olması ilə əlaqələndirib. Üstəlik son dövrlərdə zəif nəticələrin göstərilməsinin əsas səbəb olduğu bildirilir.
Qeyd edək ki, ondan 3 gün öncə komandanın türkiyəli baş məşqçisi Mustafa Dənizli də istefa verərək, vətəninə dönüb.