Beynəlxalq Əfv Təşkilatı ‍İrandan siyasi məhbusları sərbəst buraxılmağa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatı‍ Tvitterdə davamlı paylaşımlarla İrandan siyasi məhbusları sərbəst buraxılmağa çağırıb.

Təşkilat İrandan siyasi məhbusları dərhal və qeyd-şərtsiz azadlığa buraxmağı tələb edib.

Təşkilat dinc fikirlərinə görə, o cümlədən iş, məhbus hüquqları uğrunda mübarizə apardığı, mədəni fəaliyyəti üçün uzun müddət zindanda saxlanılan bir qrup məhbusa toxunaraq,onların sərbəst buraxılmasını tələb edib.

Tvitlərdə 2019-cu ilin novambrında icbari baş örtüsünə qarşı çıxan Münirə Ərəbşahinin, habelə müəllim haqlarının müdafiəçisi İsmayıl Əbdi və Fatimə Davəndin adları çəkilib. Fatimə Davəndin 2019-cu ilin novambrından bəri zindanda saxlanılmasına, Məryəm Əkbəri Monfəredin 13-cü Bahar bayramını zindanda keçirməsinə diqqət çəkilib.

İran Yazıçılar Dərnəyinin üzvləri Rza Xəndan Məhabadi, Bektaş Abtin və Keyvan Bajenin öz yazılarına görə həbs edildiyi, yazıçı və sənədli film yönətməni Mojqan Kavusinin 2019-cu ilin novambrından bəri zindanda saxlanıldığı vurğulanıb.

Beynəlxalq Əfv Təşkilatının tvitlərində ərəblərdən olan ələhvazlı mədəni fəal Məhəmmədəli Əmirinin də həbsdə saxlandığı və işgəncələrə məruz qaldığı vurğulanıb.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərin əmlakı müsadirə etdi

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərə məxsus əmlak və maliyyə vəsaitləri …