Cümə , Dekabr 27 2024
azfa

Beynəlxalq Əfv Təşkilatı İrana zindanlarda məhkumların bədən üzvlərinin kəsilməsi ilə bağlı xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatı iyunun 10-da yaydığı bəyanat yayaraq, yaxın günlərdə İran rejimi tərəfindən səkkiz məhbusun bədən üzvlərinin kəsilməsi təhlükəsi barədə xəbərdarlıq edib.

Beynəlxalq Əfv Təşkilatı həmçinin beynəlxalq ictimaiyyəti çağırış edərək, İranın məhkəmə sistemi tərəfindən çıxarılan bu qeyri-insani qərərların dayandırılması üçün bütün mövcud diplomatik imkanlardan istifadə etmələrini istəyib. 

Təşkilatın bununla bağlı bəyanatında bildirlir ki, hazırda Tehranın “Fəaşfuyə” zindanına köçürülən 8 məhkumun oğurluq ittihamı ilə əllərinin kəsilmə təhlükəsi mövcuddur…

Bəyanatda məhkumlara qarşı işgəncə, qeyri-insani davranış, bədən üzvlərinin kəsilməsi və təhqir hallarına yol verilməsinin qadağan edildiyi vurrğulanır.  

Cinayətkar İran rejimi Tehranın Evin zindanında məhkumların bədən üzvlərini kəsmək üçün yeni cəza bölməsi yaradıb və ora gilyotin cihazı quraşdırılıb.

Qeyd edək ki, İran rejimi çox sayda cinayətlər törətməklə yanşı, həmçinin bir sıra insanları yüngül cinayətlərə görə edam və bədən üzvlərinin kəsilməsi cəzasına məhkum edir. Bu yaxınlarda Qərbi Azərbaycan əyalətinin mərkəzi olan Urmiya şəhərinin zindanında 3 məhkum barmaqlarının kəsilməsi üçün Evin həbsxanasanına köçürüldüyü bildirilir. 

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …