Cümə axşamı , Sentyabr 24 2026
azfa

Beynəlxalq hesabat: Çin və İran ”Covid-19”u dünyada yayıb, pandemiyaya çevirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kanadada hazırlanan hesabatda Çin və İran ”Covid-19”un bütün dünyada yayılması və pandemiyaya çevrilməsinə səbəb olduğu bildirilir.

Kanadanın paytaxtı Ottavadakı “Macdonald-Laurier” İnstitutu və Kanada Təhlükəsizlik Araşdırma Qrupu tərəfindən “Covid-19” epidemiyası və məlumatların gizlədilməsində avtoritar rejimlərin məsuliyyətini araşdırmaq” başlıqlı hesabat hazırlandı.

Çin və İranın “Covid-19”un ört-basdır edilməsinə görə məsuliyyət daşıdığı yazılan hesabatda bildirilir: “Bu vəziyyət hələ davam edir. Həm Çin, həm də İran hökumətləri kritik ilk günlərində epidemiyanın dəlillərini gizlətdiyinə, xalqın sağlıq və təhlükəsizliyi yerinə güc və sabitlik tətbiq etdiyinə dair əsaslı dəlillər var. Bu iki ölkə virusla əlaqədar qəsdli olaraq əskik hesablama, beynəlxalq cəmiyyət və öz vətəndaşlarından gələn epidemiyanın əhatə dairəsini gizlətmə və xalqın sağlığını qorumaq üçün məlumat verənləri susdurma yoluna getdilər.

Kanada və digər hökumətlər Çin və İrandan hesabat soruşmaq üçün bildikləri qanuni yolları bilir. Hər iki ölkə Beynəlxalq İqtisadi, İctimai və Mədəni Haqqlar Müqaviləsi, Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Sağlıq Tənzimləmələri, Beynəlxalq Cəza Məhkəməsinin Roma Statusu və Bioloji Silahlar Konvensiyası kimi beynəlxalq müqavilələrdə ifadə edilən qanuni öhdəliklərini pozublar.

Dünya ölkələri hökumətləri Çin və İranı cəzalandırmaq üçün Birləşmiş Millətlər Təşkilatının İnsan Haqqları Ali Komissarlığı, BMT-nin Təhlükəsizlik Şurası, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Cəza Məhkəməsi kimi beynəlxalq qurumlara iddia müraciətləri etməlidir”.

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …

Bir cavab yazın