Bazar ertəsi , İyul 27 2026
azfa

Rejim azərbaycanlı fəal Babək Hüseyni Müqəddəmi 6 ay həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Babək Hüseyni Müqəddəmi 6 ay həbsə məhkum edib.

Azərbaycanlı fəalın məhkəməsi iyulun 14-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin birinci şöbəsində keçirilmişdir.

Qeyd edək ki, Hüseyni Müqəddəm 2019-cu ilin noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlar zamanı onlarla digər azərbaycanlı fəalla birlikdə yaxalanmışdır.

Fəal 3 ay saxlandıqdan sonra fevralın 25-də mülki vəsiqə girov qoymaqla rejimin Təbrizdəki zindanından zaminə buraxılmışdır.

Azərbaycanlı fəal Babək Hüseyni Müqəddəm həmçinin 2008 və 2016 illərdə də rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmış və şərlənərək, “Sistemə qarşı təbliğat aparmaq”da ittiham olunmuşdur. O həmin ittihamla 6 ay həbsə məhkum edilmişdir.

Həmçinin yoxlayın

Molla rejimi Bocnurd türkü Araş Mirzayini 3 il həbs cəzasına məhkum edib

GADTB: 19 yaşlı Bocnurd şəhərindən olan türk gənci Araş Mirzayi Bocnurd İnqilab Məhkəməsinin 107 saylı …

Molla rejimi nüvə proqramını danışıqlarda sonuncu prioritet kimi təqdim edir

GADTB: Əl-ərəbiyyə telekanalının bir mənbəyə istinadən verdiyi məlumata görə, İran Pakistan rəsmilərinə danışıqları tərk etmədiyini, …

Bir cavab yazın