Cümə axşamı , Mart 13 2025
azfa

Bir qrup azərbaycanlı fəal Ərdəbildə Abbas Lisani ilə görüşüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sürgündən Ərdəbilə qayıtdıqdan sonra martın 3-də bir qrup azərbaycanlı  milli-mədəni fəallar Ərdəbildə Abbas Lisani ilə görüşüblər.

Abbas Lisaninin evində keçirilən görüşdə Güney Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən Təbrizdən, Urmiya və s. bölgələrdən gedən fəallar Azərbaycanla bağlı gündəmdə olan məsələlərii müzakirə ediblər.

Abbas Lisani müxtəlif məsələlərlə bağlı sualları cavablandırıb və öz fikirlərini paylaşıb.

Qeyd edək ki, fevralın 21-də 50 ay həbs çəkdikdən sonra Ərdəbil həbsxanasından çıxarılaraq Yəzd şəhərinə iki illik sürgünə göndərilən Abbas Lisani “məcburi sürgün hökmünə tabe olmayacağam” fevralın 23-də Ərdəbilə geri dönüb.

Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilmişdi.

Həmçinin yoxlayın

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato Güney Azərbaycanla bağlı hesabat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May …

Molla rejimin qüvvələri azərbaycanlı xanım fəalın evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları bu gün səhər saatlarında Təbrizdə …