Cümə axşamı , Dekabr 26 2024
azfa

Bir qrup azərbaycanlı fəal Ərdəbildə yenicə zaminə buraxılan Nəsir Rəzmcu ilə görüşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup Azərbaycan Milli Hərəkatının fəalı Güney Azərbaycanın Ərdəbil şəhərində yenicə molla rejimin zindanında girov qarşılığında zaminə buraxılan Nəsir Rəzmcu ilə görüşüblər.

Fəalla görüş noyabrın 30-da məhkəmə prosesinin sonuna qədər 500 milyon tümənlik girov qoyaraq Təbrizdə rejimin zindanından zaminə buraxılandan sonra keçirilib.

Qeyd edək ki, Nəsir Rəzmcu 21 oktyabrda Ərdəbil şəhərində molla rejimin ETTELAAT qüvvələri tərəfindən həbs edilmiş və Təbrizdə rejimin ETTELAAT İdarəsinin təcridxanasına köçürülmüşdü.

Molla rejimin həbs etdiyi fəalların bəziləri hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …