Şənbə , Sentyabr 19 2026
azfa

Bir sıra şəhərləri tutan “Vaqner” Moskvaya doğru gedir

GADTB: Hazırda Rostov vilayətindəki M4 “Don” magistralında böyük tıxac yaranıb. Bu barədə RİA məlumat yayıb.

Bildirilir ki, yüzlərlə avtomobil yolda qalıb.

Tıxaclara səbəb isə “Vaqner”in böyük kolonunun Moskvaya tərəf irəliləməsidir.

Həmçinin “Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri müqavimətlə üzləşmədən Voronejə daxil olub. Bunu Donbas separatçılarının keçmiş rəhbəri İqor Strelkov deyib.

Qeyd edək ki, ötən gün axşam saatlarında Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. Onun sözlərinə görə, “Vaqner” qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralanan var.

Bundan sonra Priqojin “25 minlik ordu ilə” Rostova doğru hərəkət etdiyini açıqlayıb. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq “hərbi çevrilişinə cəhd” maddəsi ilə cinayət işi başladıb, Moskva, Voronej və Rostovda antiterror rejimi tətbiq edilib.

“Vaqner”in gecə saatlarında Rostovu ələ keçirdiyi, hazırda isə Moskvaya doğru hərəkət etdiyi bildirilir.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …