Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Molla rejimi azərbaycanlı vəkil məhkəməyə çağırdı

Təbriz sakini olan azərbaycanlı vəkil Əmir Mehdipur Şərqi Azərbaycan Vəkillər Kollegiyasının intizam məhkəməsinə çağırılıb.

Bu barədə o özünün sosial media hesabında paylaşım edib.

“Bilirəm ki, yuxarıların məqsədi vəkillik lisenziyamı ləğv etməkdir. Özü də məhkəməyə çağırış tarixinin tezliyi bu işi yerinə yetirmək üçün tələsdiklərini göstərir”, – Mehdipur yazıb.

Hazırda xaricdə olan Vəkillər Kollegiyasının sədr müavini Sina Yusifi də özünün Tvitter hesabında bununla bağlı paylaşım edib.

O, belə addımların müstəqil vəkillərin fəaliyyətinin qarşısının alınmasına və haqqın, xalqın tərəfində olan hüquqşünasların meydandan çıxarılmasına hesablandığını bildirib.

Qeyd edək ki, Əmir Mehdipur 17 oktyabr 2022-ci ildə həbs edilərək Təbriz həbsxanasına köçürülüb, 27 oktyabrda isə girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Həmçinin yoxlayın

Traxtur klubu irqçi təhqirlərə rəsmi etiraz etdi

GADTB: Azərbaycanın Traxtur futbol klubu “NO TO RACISM” (“İrqçiliyə yox!”) yazısı olan görüntünü rəsmi Instagram …

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …