
GADTB: “Əl-Ərəbiyyə” telekanalı xəbər verib ki, İsrail ordusu yüksək hazırlıq vəziyyətindədir və ABŞ-dan yaşıl işıq alan kimi istənilən an İrana hücum etməyə hazırdır.
“Əl-Ərəbiyyə” İsrail ordusunun İrana qarşı hücumlar həyata keçirmək üçün döyüş hazırlığı vəziyyətində olduğunu vurğulayaraq bildirib ki, ABŞ-ın icazəsi verilən kimi İsrail ordusu hücumlara başlaya bilər.
Telekanalın yazdığına görə, İsrailin baş naziri Benyamin Netanyahu Tehrana qarşı hərbi əməliyyatların bərpası üçün təzyiq göstərir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi