Cümə , Dekabr 27 2024
azfa

BMT İnsan Hüquqları Şurasında Güney Azərbaycanla bağlı hesabat təqdim edilib

GADTB: Sentyabrın 26-dq İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyasında “Güney Azərbaycan İnsan Haqları Cəmiyyəti – ƏRK” avqust ayı ərzində Güney Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hesabatını təqdim edib.

Sözügedən hesabat təşkilatın nümayəndəsi Ayda Əqdəmi tərəfindən təqdim edilib və hesabatda ötən ay ərzində güneyli fəallara qarşı basqılar barədə məlumat verilib.

Hesabatda bildirilib ki, bir ay ərzində 500 güneyli fəalın həbsi, təhdid edilməsi, məhkəməyə çağırılması və bir sıra başqa təzyiqlər təsdiqini tapıb.

Bundan əlavə, Güney Azərbaycanın bir sıra şəhərlərində 350 öyrəncinin universitetlərin İntizam Kömitəsinə çağırılaraq hədələndikləri, 180 öyrəncinin də təhsildən məhrum edilməsi faktı öz əksini tapıb. / Azad Iran

Həmçinin yoxlayın

Ərəb Liqası İrana xəbərdarlıq etdi

GADTB: Ərəb Liqası İslam Respublikası hökumətini Suriyanın keçmiş prezidenti və İran hökumətinin köhnə müttəfiqi Bəşar …

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …