Cümə , Dekabr 27 2024
azfa

BMT: İranda insan haqlarının pozulması halları kəskin artıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT İranda insan haqlarının pozulması halları barədə hesabat yayıb.

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman İranla bağlı hazırladığı son hesabatında bildirilib ki, İranda insan haqlarının pozulması halları kəskin artıb.

BMT nümayəndəsi İranda qanunsuz həbslərin, işgəncələrin və etirazçılara qarşı repressiyaların daha da şiddətləndiyini, 2023-cü ildə azı 419 məhkumun edam edildiyini qeyd edib.

Məcburi hicab qaydalarının sərtləşdirilməsinə toxunan Rəhman qadınlara qarşı ayrı-seçkiliyin əvvəlki illərlə müqayisədə daha da çoxalmasına görə narahatlığını bildirib.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …