Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

BMT mütəxəssisləri İran rejimin vətəndaş cəmiyyətinə qarşı zorakılığını qınayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT- nin müstəqil mütəxəssisləri və hüquqşünasları İranda keçirilən sivil etirazların qəddarlıqla yatırılmasını qınayan bəyanat yayıblar. 

Onlar müəllimlərin, fəhlələrin və həmkarlar ittifaqı fəallarının hüquqlarının müdafiəçilərinin, vəkillərin, insan haqları fəallarının və digər vətəndaş cəmiyyəti müdafiəçilərinin qanunsuz həbsinin rejim tərəfindən şiddətlənməsindən narahatlıq ifadə ediblər.

Bəyanatda, habelə müəllimlər və cəmiyyətin digər qruplarının əməkhaqlarının azlığı və digər sosial tələblərlə keçirdikləri etiraz aksiyalarının İran rejimi tərəfindən qəddarlıqla yatırılması qınanıb. 

“İranın vətəndaş cəmiyyəti və müstəqil birliklərinin işləyə və öz qanuni fəaliyyətini davam etdirə bilməsi üçün şərait qeyri- mümkün vəziyyətə çatıb və günbəgün vəziyyət daha da pisləşməkdədir”, – deyə bəyanatda vurğulanır.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …