Çərşənbə , Sentyabr 23 2026
azfa

BMT mütəxəssisləri İrandan interneti məhdudlaşdıracaq qanundan əl çəkməsini istəyiblər

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə,Birləşmiş Millətlər Təşkilatının insan haqları sahəsində mütəxəssisləri İran hökumətindən “virtual məkanda istifadəçilərin hüquqlarının qorunması” qanununu qəbul etməyə çalışmaqdan əl çəkməsini istəyib. Bu barədə onların yaydıqları bəyanatda məlumat verilir.

Bildirilir ki, bu qanun İranın qlobal internet məkanından təcrid edilməsinə yol açacaq.

Bəyanatı imzalayanlar arasında BMT-nin İran üzrə məruzəçisi Cavid Rəhman, vicdan və ifadə azadlığı üzrə xüsusi məruzəçisi İrene Xan və mədəni hüquq üzrə xüsusi məruzəçisinin adları da var.

Qeyd edək ki, İran hökuməti uzun müddətdir “virtual məkanda istifadəçilərin hüquqlarının qorunması” qanununu qəbul etdirməyə və bununla da ölkə vətəndaşlarının internetə və sosial şəbəkələrə çıxışını məhdudlaşdırmağa çalışır. Qanun layihəsi həm sadə xalq, həm də İran siyasətinin bəzi tanınmış simaları tərəfindən kəskin tənqid edilir.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …