Cümə axşamı , Oktyabr 22 2026
azfa

Bosniyalılar serblərin yeni fitnəkarlığı qarşısında Türkiyədən yardım umur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bosniya müharibəsinin liderlərindən olan və Bosniya dövlət himninin müəllifi professor Cəmaləddin Latic deyib ki, bu bölgə 1-ci və 2-ci Dünya müharibələrinin başlanğıc nöqtəsi idi. Hazırda supergüclər bölgəyə toplaşır.

O, Serbiya tərəfinin qəsdən gərginliyi artırdığını və bölgəni yeni xaosa sürükləməyə çalışdığını bildirib:

“Serblər Monteneqro, Kosovo, Bosniya və Makedoniyanın daxil olduğu coğrafiyada Böyük Serbiya arzusundadırlar. Gərginlik azaldılmasa, Üçüncü Dünya müharibəsi eyni bölgədə yarana bilər”.

Latic Osmanlı i̇mperiyasını məhv edən mənfi hadisələrdə də mərkəz olaraq bölgəni göstərib:

“Türkiyə öz gücünü regionda hər aspektdə daha güclü hiss etdirməlidir. O, burada olmalıdır”.

Qeyd edək ki, Bosniyada yaşayan serblər Serbiya təhriki ilə Bosniyada serblərdən ibarət ordu yaratmağa və ölkənin böyük hissəsini Serbiyaya birləşdirməyi planlaşdırırlar.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …