Bazar , Noyabr 29 2026
azfa

Böyük Britaniyadan SEPAH-ın hədələrinə cavab

GADTB^ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ bombardmançı təyyarələrinin Britaniya bazalarından uçuşlar həyata keçirməsinə icazə verilməsi ilə bağlı xəbərdarlıqlarından sonra Britaniya hökuməti bəyan edib ki, silahlı qüvvələr ölkəni istənilən hücumdan qorumağa hazırdır.

“Bura NATO-dakı müttəfiqlərimizlə sıx əməkdaşlıq çərçivəsində Hərbi Dəniz Qüvvələri, Britaniya Ordusu və Hərbi Hava Qüvvələrinin bir sıra qabaqcıl imkanlarla təchiz edilmiş vasitələri ilə təmin edilən hava və raketdən müdafiəyə çoxsəviyyəli yanaşmanın tətbiqi daxildir”, — deyə bəyanatda vurğulanır.

Bu gün günün əvvəlində SEPAH Britaniyaya xəbərdarlıq etmişdi ki, İran ərazisinə hücum üçün istifadə olunan istənilən baza İslam Respublikası üçün “qanuni hədəf” sayılır.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …