Böyük Yeddilik İrandan Rusiyaya ballistik raket tədarükünün dərhal dayandırılmasını istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Böyük Yeddilik (G7) ölkələrinin liderləri İrandan Rusiyaya ballistik raket tədarükünü dərhal dayandırmağı tələb ediblər.

Bununla bağlı, G7 ölkələri bəyanat yayaraq bildiriblər ki, İran Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni və əsassız müharibəsinə və Ukrayna xalqı, eləcə də Avropa və beynəlxalq ölkələrə birbaşa təhlükə yaradan ballistik raketlər, pilotsuz_təyyarələr və bir sıra texnologiyaların ötürülməsinə verdiyi bütün dəstəyi kəsməlidir.

“Biz İranı Rusiyanın Ukraynaya qarşı qanunsuz müharibəsinə qəbuledilməz dəstəyinə görə məsuliyyətə cəlb etmək niyyətindəyik və bu, qlobal təhlükəsizliyi daha da sarsıdır”, – deyə, bəyanatda qeyd edilib.

Həmçinin yoxlayın

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato Güney Azərbaycanla bağlı hesabat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May …

Molla rejimin qüvvələri azərbaycanlı xanım fəalın evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları bu gün səhər saatlarında Təbrizdə …