Britaniyanın türk birliyinə qarşı uydurmalar yolu ilə fars dövlətçiliyini formalaşdırması

Böyük imperatorluqlar quran türk ulusunun potensialını dəyərləndirmək üçün çox da uzaqlara getmək lazım deyildir. Sadəcə 500 yüz il əvvələ qayıdıb, dünyanın siyası xəritəsinə ötəri nəzər saldıqda, bu böyük ulusun bütün Qərb dünyasını düşündürməyə və yəqin ki, qorxmağa vadar edən necə böyük potensiala malik olduğunu duymaq elə də çətin deyildir. Belə ki, elə birinci baxışdan həmin dövrdə dünyada türk ulusunun necə aparıcı mövqeyə malik olması özünü açıq şəkildə büruzə verir. Həmin aparıcı mövqə 100-150 il bundan öncəyə kimi davam etmişdir.

Asiyada 500 il öncə Hindistan yarımadası daxil olmaqla Babur türk imperatorluğu (1526-1858) hakim idi. Həmin imperatorluğun şimalında hal-hazırda Çində yerləşən Şərqi Türkistanda Kaşğar (uyğur) xanlığı (XV yüz illik-1877) mövcud idi. Bunların şərqində isə Sibir və Orta Asiya Türk dövlətləri və Səfəvi dövləti (1502-1732 ) hökmranlıq edirdi. Bunlardan da şərqdə Asiya, Afrikq və Avropanın böyük hissəsini əhatə edən Osmanlı imperatprluğu (1299-1922), Qara dənizin şimalında isə Krım xanlığı (1441-1783), ondan şimalda Həştərxan xanlığı (1466-1556), Qasım xanlığı (1445-1552), Qazan xanlığı (1437-1552) və sair türk dövlətləri hökmranlıq edirdilər.

Əlbəttə belə böyük potensiala malik olan türk ulusu, hele Atilla dövründə (Avropa Hun imperatorluğu 374-469) Bizans, Roma və Almanlar da daxil olmaqla bütün avropalıları dizə çökdürərək1, onların tarixi yaddaşında iz buraxmışdır. Elə həmin dövrdən də Avropa insanında türk xofu davam etmiş və sonrakı dövrlərdə daha da güclənən bu ulusun birliyini pozmaq hər zaman onları düşündürmüşdür.

Son 500 ilin tarixi hadisələrinə nəzər saldıqda isə, təkcə Osmanlı imperatorluğunun tətbaşına, Avropa dövlətlərini necə dizə çökdüynü görürük. Avropa və avropalı üçün türk amili bir nömrəli təhlükə kimi, həmin dövrdən Avropa dövlətlərinin siyasətini təsir dairəsinə salmışdır. Belə ki, Con Lokk, dini dözümlülük haqqında yazdığı məktubunda remonstrantlara və antiremonstrantlara məxsus kilsə arasında ixtilafı aradan qaldırmağa və kənardan baxan Osmanlıya diqqəti yönəltməyə işarə edir.2

Bütün Avropa dövlətləri İngiltərə başda olmaqla, uzun müddətli və qısa müddətli strateji plan hazırlayaraq, mövcud türk potensialını zəiflətmək üçün hücuma keçdilər. Qısa müddətli strteji plan üzrə iki böyük türk dövləti yəni Osmanlı və Səfəvi dövlətlərini müharibəyə sövq etmək və beləliklə həm Avropanı Osmanlı işğalından qorumaq, həm də türk potensialını zəiflətmək siyasəti davam etdirilmişdir. Hələ Qaraqoyunlular dövründə həmin strateji plana start verən Avropa dövlətləri, Səfəvilər dövründə uğur qazandılar. “Osmanlı əleyhinə birləşməni Səfəvi şahına (şah İsmayıl) təklif edən birinci avropa sultanları İspaniya şahı I Şarl və Macarıstan şahı II Lodvik idi.”3

1598-ci ildə iyirmi altı nəfərdən ibarət avropa nümayəndə heyəti ingiltərəli ser Antoni və ser Robert Şerlinin başçılığı ilə II şah Abbasın sarayına gəldilər. “Robert Şerlinin bu səfərdən məqsədi II şah Abbasın, Osmanlılarla müharibəyə başlamasını müzakirə etməkdən ibarət idi.”4

Avropalıların təhriki və fitnəkarlığı ilə iki yüz ildən artıq davam edən Osmanlı-Səfəvi çəkişməsi, bu iki böyük düyəvi gücə malik olan türk imperatorluqlarının gücünü zəiflətməklə yanaşı, Qara dənizin şimalından (Dəşti Qıpçaqdan) Sibir və Uzaq Şərqə qədər uzanan böyük türk ərazisinin (1681-ci ildə Qasım xanlığı, 1556-cı ildə Qazan xanlığını, 1557-ci ildə Noqay ordası, 1557-ci ildə Həşdərxan xanlığı, 1600-cü ildə Sibir xanlığı və daha sonralar 1783-cü ildə Krım xanlığı və 19-cu əsrdə Qazaq xanlığı)5 ruslar tərəfindən işğal edilməsinə şərait yaratdı. Həmin prosesin davam etdirilməsi ilə sonrakı yüzilliklərdə isə Türkistanın başqa türk dövlətləri (1868-ci ildə Buxara xanlığı, 1873-cü ildə Xivə xanlığı, 1876-cı ildə Kokənd xanlığı və 1885-ci ildə Türkmənistan xanlığı), Qafqaz və Şimalı Qafqaz türk dövlətləri və toplulukları, eləcə də köməksiz qalan Şərqi Türkistan (Kaşgar-Turfan xanlığı) 1877-ci ildə Çin tərəfindən işğal edildi. Beləliklə Qərb dünyası başda İngiltərə olmaqla, türk ulusunun zəifləməsi və hətta məhvi hesabına böyük Rusiyanın yaranmasına şərait yaratdılar. Halbuki ruslar əslində Skandinav xalqı olmuş və Xəzər İmperatorluğunun (türk imperatorluğu) son illərində Şərqə doğru hərəkət edərək, “Rurikin başçılığı ilə 862-ci ildə Xəzər qalası Sambataya gəlib, ticarət etmək üçün icazə alır. Rurikdən sonra knyaz Oleq hakimiyyətə gələrək türklər tərəfindən qurulmuş Kiyev şəhərini ələ keçirdi.”6 Göründüyü kimi ruslar öz torpaqlarından qat-qat böyük olan türk ərazisini (Qara dənizin şimalı və indiki Ukrayna ərazisi daxil olmaqla, şimalda Buz dənizi və şərqdə Yaponua hüdudlarına qədər ərazini) işğal etdikdən sonra, türkləri dövrün qeyri-insani assimilyasiya metodları (represiya, demoqrafik vəziyyətin dəyişdirilməsi və …) ilə ruslaşdırdılar.

Lakin bunlar İngiltərə başda olmaqla Qərb dünyasının, türkləri zəiflətmək üçün tətbiq etdiyi uzun müddətli və qısa müddətli siyasətin tətbiqinin dolayı yolla nəticəsindən ibarət idi. Yəni əslində həmin qısa müddətli strateji planda nəzərdə tutulan Osmanlı-Səfəvi müharibələri nəticəsində, Osmanlı və ya hətta Səfəvi dövlətinin müdafiə imkanından məhrum qalan digər türk dövlətləri, rusların işğalçı hücumlarına davam gətirə bilməyərək, işğal edildilər.

XVI yüzillikdə Hollandiya, Portuqaliya və daha sonra İngiltərə və sair Avropa dövlətlərinin Şərqə, dəniz səyahəti təşkil etmələri, onların, türk sülaləsinin hakimiyyətində olan Hindistana, marağının artmasına səbəb oldu. Dənizçiliyə daha gec başlayan İngiltərə bu sahədə öz rəqiblərini ötüb keçdi və hindistanın bir neçə yerini işğal etdi. “Şərqi Hind Kompaniyası, Mədrəsdə (1636), Bombeydə (1668) və Kəlküttədə (1686) möhkəmləndi.”7

Beləliklə Osmanlı İmperatorluğu ilə müharibə aparan Avropa dövlətləri, Səfəvi-Osmanlı ixtilaflarını qızışdırıb, onları müharibəyə sövq etməklə, bir tərəfdən köməksiz qalan bir çox türk dövlətlərinin ruslar tərəfindən işğalına şərait yaratdı, digər tərəfdən isə, İngiltərə, Hindistanda Babur türk imperatorluğunu tədricən işğal edib, müstəmləkəyə çevirdi. Hindistanın işğal edilməsi ilə böyük türk imperatorluqlarından biri çökmüş olsa da, indi həm zəngin sərvətlərə malik olan bu ərazini əldə saxlamaq, həm də uzaq strateji plan üzrə şərqdən qərbə uzanan böyük türk zincirinin ən mühüm halqalarından birini (İran türk dövlətini) qırmaq proritet təşkil edirdi. Millətləşmə mərhələsinə qədəm qoymaqda olan Avropa, böyük türk potensialının yaxin prespektivdə belə, dünyaya ağalıq etmək gücündə olduğunu yaxşı bilirdi. Ona görə də, Hindistanı əldə saxlamaq üçün hazırlanan planlarla yanaşı, şərqdən qərbə uzanan türk zincirinin ən mühüm halqalarından birini (İran halqasını) qırmaq üçün planlar cızıldı.

Birinci mərhələdə İngiltərə, Hindistani müstəmləkə etdikdən sonra, bu ölkəni əbədi olaraq əlində saxlamaq üçün uydurmalara əl atıb, hər vasitə ilə İngiltərə-Hindistan birliyini əsaslandırmağı qarşıya məqsəd qoydu. 1786-cı ildə İngiltərənin müstəmləkəsi olan Hindistanda çalışan Viliam Conz, sanskrit dili ilə bir sıra avropa dilləri arasında oxşarlıqları hiss etdi. O, bu dilləri Hind-avropa dili adlandırdı.8 Bu məsələ Avropada müstəmləkəçi dövlətlərinin əlində öz müstəmləkə siyasətini əsaslandırmaq üçün yaxşı vasitəyə çevrildi. Beləcə “dilçilik nəzəriyyələrinin etnoloji və irq sahələrinə də şamil edilməsi məsələsində Kristof Mainersin (1747-1810) gördüyü işlər böyük rol oynamışdır. Mainers, xalqla irq arasında əlaqənin mövcud olmasına təkid edərək, dilçilik terminlərindən irqə aid sahələrin izahında istifadə etdi”.9  Beləliklə absurd Hind-Avropa irqi meydana çıxdı. Bu nəzəriyyənin yaradıcılarının məqsədi Böyük Britaniyanın Hindistanda müstəmləkəçiliyinin əsaslandırılaraq, davam etdirilməsi idi. Belə ki, bu nəzəriyyənin əsas banilərindən biri Fredriş Muller (Almaniya-İngiltərə dilçisi) söyləmişdir: “Britaniya imperializmi vasitəsi ilə iki Hind və Avropa hissəsinin (Britaniya və Hindistan) birləşməsi Allahın nişanələrindən biridir”.10

Hindistanı əldə saxlamaq üçün Hindistan-İngiltərə birliyini əsaslandırmaqla yanaşı, onu, digər dövlətlərin işğalından da qorumaq lazım gəlirdi. Xüsusilə Napaleonun Hindistana hücum etmə ehtimalı, Hindistan ətrafı ərazilərin öyrənilməsi və bu ölkənin ətrafında mühafizə zonasının yaradılması məsələsi gündəmə gəldi. Hindistana qonşu olan İran türk dövləti isə böyük əhəmiyyətə malik idi. Bu məsələnin əhəmiyyətindən xəbəri olan Con Melkom “1800-cü ildə məktubunda yazır ki, bütün vaxtımı bizim az tanış olduğumuz bu qeyri-adi ölkəni (İran türk dövlətini) öyrənməyə sərf edirəm.”11

Beləliklə İran türk dövləti ilə bağlı qısa müddətli və uzun müddətli strateji planların icrasının gedişatında, şərqşünaslıq və onun mühüm qolu olan İranşünaslığın Qərbdə əsası qoyuldu. Kəmbric və Aksford və s. Universitetlərdən başqa İngiltərənin Şərqi Hind Kompaniyasında, Heliburi adında Şərqşünaslıq Kolleci də təsis edilmişdir. Bu şərqşünaslıq mərkəzlərinin funksiyası, İngiltərə müstəmləkəçiliyinə Şərq üzrə məmur və kadrlar yetişdiriməkdən ibarət idi.12 Həmin məmurlar qeyd edilən strateji planların icra gedişatını sürətləndirdilər.

Artıq 19-cu əsrdə uzaq strateji plan aktuallaşdıqca Hindistanın, Hind-Avropalıların ana yurdu olması haqqında uydurduqları nəzəriyyələr sönükdü. Bu dəfə İran türk dövlətində fars amilini qaldırmaq və həmin nəzəriyyəni bu istiqamətdə işə salmaq aktuallaşdı. Artıq İran türk dövlətində, türklərin birliyini pozmaq üçün “fars amili avropalıların diqqətini cəlb etdi. Anquetil Dupperon, Viliam Cons və Herder, hər biri ayrılıqda Farsı, Hind-Avropalıların (arilərin) vətəni təklif etdilər. Bəzilər hətta Avestanın yazıldığı dilin, sanskrit dili qədər tarixə malik olduğunu iddia etdilər.”13 

Avropalıların müstəmləçilik məqsədi ilə uydurduqları “ari” sözünün isə indiyə kimi farsların və digər iddia etdikləri Hind-Avropa xalqlarının dilində bu mənada olmadığı elm aləminə məlumdur. Əslində, təmiz, pak və arınmış mənasını daşıyan bu söz türk sözüdür. Daranın kitabəsində işlədilən “arika” sözü isə üsyançı və azğın mənasıdadır. Norman Şarp və kont hər ikisi həmin “arika”14 yəni üsyançı sözünü ari irqı kimi verməklə, türklərə qarşı qeyd edilən “ari” irqını icad etdilər (uydurdular).

Artıq bütün imkanlar uzaq strteji plan üzrə qeyd olunan istiqamətdə səfərbər edilmişdi. İngiltərə məmurları vasitəsi ilə, fars etnosu əsasında İrana tarix yazılmağa (uydurulmağa) başlanıldı. “İngiltərə məmuru Con Melkom, “İran tarixi” əsərini yazmaqla İranşünaslığın əsasını qoydu. Ser Can Melkomdan başqa İranşünasların böyük əksəriyyəti də İngiltərənin və ya İngiltərə Şərqi Hindistan Kompaniyasının rəsmi dövlət məmurları idilər və tədqiqat işlərini İranda rəsmi məmuriyyətləri cərəyanında həyata keçirirdilər. Onlar, İngiltərə tərəfindən İranşünaslıq tədqiqatlarına göndərilirdilər.”15

Hələ şah Abbas dövründə Avropadan göndərilən Robert Şerlinin başçılığında Səfəvi sarayına gələn heyətin türkdən başqa bu ölkədə digər etnosların yaşadığı yerlərdə tarixi abidə axtarnası və Bistun kitabələrini tapmalarını nəzərə almasaq, Con Melkomdan sonra 1811-ci ilin mart ayında Cimz Moriye və Viliam Uzeli və Ser Qor Uzeli heyətinin sair üzvləri İran türk dövlətinin paytaxtı Tehrana gəlmək üçün Buşehrə gəldilər. Onlara, Tehran istiqamətində hərəkət yolunda məlumat toplamaq məmuriyyəti verilmişdir. Britaniya şərqşünasları, Şiraz ətrafında guya İranın keçmişi haqqında məlumat toplamaq, tarixi abidə tapıb, fakt əldə etmək istəyirdilər. Onlara Britaniya Xarici İşlər Nazirliyi tərəfindən tarixi abidə tapıb, saxtalaşdırmaq və fars etnosu, eləcə də özləri tərəfindən uydurulan absurd ariyaizm nəzəriyyəsi istiqamətində İrana tarix yazmaq və İranı farsla bağlamağa məmuriyyət verilmişdir. Beləliklə həmin qrup “tarixi əhəmiyyəti olan bir neçə yerə baxış keçirib və həmin qrupun üzvü Ston, Şapurun heykəli yerləşən Şapur mağarasını aşkar etdi.”16

1818-ci ildə digər İngiltərəli Robert Kerpurter, Bistun kitabəsinin birinci dəfə olaraq üzünü çıxardı. Ondan sonra İngiltərəli zabit Rolinson (Sir Henry Creswicke Rawlinson) 1833-cü ildə İrana gəlib, Bistun kitabələrinin oxunuşunun rəmzini kəşf etdi. “Rolinson, Daranın Bistundakı böyük kitabəsinin tam şəkildə tərcüməsini, Londonda Krallığın Asiya Cəmiyyətinə (Royal Asiatic Society) təqdim etdi və Rolinsonun yenidən düzəlişi ilə çapa hazırlandı.”17  Denis Rayt, Rolinsonun bu yazılara maraq göstərməsi haqqında yazır: “Rolinsonun birinci dəfə bu mixi yazılara maraq göstərməsi məlum deyil. Bu məsələdə yəqin ki, Con Melkoma afərin demək lazımdır. Con Melkom 1823-cü ildə Hindistana uzun müddətli səfərində bacarıqlı gənc zabit Rolinsonu himayəsi altına alıb, onu İran nağıllarının sehrinə saldı”.18 Lakin son illərdə Britaniya başda olmaqla Avropalıların belə fəaliyyətlərinin nə məqsəd güddüyü və onların necə köklü uydurmalara yol verildikləri üzə çıxır. Onlar, indiki farsa məxsus olmayan bir mədəniyyəti saxtalaşdırıb, farsın adına yazmaqla, fars etnosu əsasında İran dövlətçiliyi tarixinin əsasını qoyub, İran türk dövlətini, fars (tacik) dövlətinə çevirdilər.

Bistunda Rolinson və digər əməkdaşlarının qədim fars yazıları adı ilə aşkar edərək təqdim etdiyi kitabənin dili, hazırda fars dili kimi tanınan (indi İranda fars dili kimi tanınan və danışılan dil əslində tacik dilidir. Fars dili Əhəmənilərin çökməsi ilə kökü kəsildi) dil ilə heç bir bağlılığa malik deyildir. “Hətta Şarpın da etiraf etdiyi kimi Əhəməni dövlətinin süqutu ilə bu yad dilin kökü tamamilə kəsildi.”19

Bistun yazılarının dilinin qramatikasında (morfologiya və sintaksis) isimlər üç-kişi, qadın və orta cinsə bölünür. Paradiqma isə-tək, ikilik və cəm formasınd və səkkiz halətdən ibarətdir.20 Bunlar isə slavyan dillərinə aid xüsusiyyətlərdir. Hazırkı fars dilində və İranın digər yerli dilləri, o cümlədən Azərbaycan, Xorasan, Loristan, Zabul, Sistan və s. yerlərdə danışılan dillərdə isim cinsə tabe deyildir. Bu xüsusiyyətlər fars dilinə tamamilə yaddır.21 Üstəlik həmin dilin söz xəzinəsində külli miqdarda slavyan dillərinə xas sözlər mövcuddur.

Bunlardan əlavə, İran türk ölkəsində müsəlman türklər və ərəblərdən fərqli kimlik yaratmaq üçün, Ahuramazda (əslində assur allahının adıdır), qədim fars dili mətnləri, pəhləvi dili, zərdüşt dini, məzdək dini və sair belə fərqləndirici amillər uyduruldu. Hətta qədim mətnlər kimi qələmə verilən bir çöx üzdən iraq abidələrin, son yüzilliklərdə İngiltərənin müstəmləkəçiliyində olan Hindistanda uydurularaq məhz qeyd etdiyimiz məqsəd üçün yazıldığı aşakarlanıb. Eyni zamanda Azərbaycan və İran türklərinə, eləcə də regionun digər  xalqlarına aid olan mədəniyyət abidələrini, mədəni oğurluq yolu ilə Əhəməni və Sasanilərin adına yazmışlar. Midiya və Parfiyanın da uydurulan Hind-Avropa və ari, yəni guya farslara aid mədəniyyət olduğu iddia edildi. Bunların hamısından məqsəd yalnız və yalnız İran türk dövlətində fars dövlətçiliyinin əsasını qoymaq üçün tarixi baza yaratmaq və nəticədə İranı fars dövlətinə çevirməklə türk birliyini pozmaqdan ibarət idi.

Həmin dövrdə qeyd edilən köklü uydurmalarla yanaşı, İran türk dövlətinin (Qacarların) sarayında nüfuz sahibi olmaq üçün aşağıdan tutmuş, yüksək rütbəli məmurlara kimi rüşvət verməklə nüfuz edə bildilər. Beləliklə həm rüşvətxorluğu ölkədə rəvac verdilər həm də saraya nüfuz edib, qeyd edilən istiqamətdə işlərini irəli apara bildilər. Fətəlişah Qacar, 1800-cü ildə baş nazir hacı İbrahimi vəzifədən kənarlaşdırıb, onu və qohumlarını öldürəndə, Şuştərin hakimi Mirzə Əbülhəsən xan saray adamlarının köməyi ilə ölümdən qurtardı. O, sonralar İngiltərə səfirliyinin münşisi Cimz Murye ilə birlikdə İngiltərəyə yollandı. Orada Mirzə Əbülhəsən xan, Ser Qor Uzelinin (Sir Gore Ouseli Bart) mehmandarlığı ilə Framasoneri Təşkilatına daxil edildi.22 İngiltərə dövləti Mirzə Əbülhəsən xandan yaxşı istifadə edə bilməsi üçün, onu çoxlu miqdarda hədiyyələr və pulla İrana yola saldı. O, həmin hədiyyələri və pulları saray adamlarına dağıdaraq, sarayda nüfuz qazanmalı idi.23 Beləliklə İran türk dövlətini içəridən dağıdan iki prosesə start verildi. Birinci yüzlərlə yüksək rütbəli dövlət məmuru İngiltərənin casusuna çevrildi. İkinci proses isə, gələcəkdə ölkənin bütün ziyalılarını zəhərləyib, farsçı edəcək masonluq cərəyanı idi. “Həmin dövrdə İngiltərənin dövlət siyasətini planlaşdıranlar, İran üzrə İngiltərənin siyasətini tam şəkildə tətbiq etmək üçün Framason Təşkilatlarının mövcudluğunu, iranlıların framason olmalarını və İngilis framasonlarının İrana göndərilməsini lazım bilirdilər.”24

Həmin prosesin bir neçə on illik davam etməsi ilə, təkcə farslar deyil, İran türkləri, eləcə də Azərbaycan türklərinin ziyalılarını da təsir dairəsinə saldılar. Belə ki, İngiltərə vasitəsi ilə Hindistanda formalaşdırılan fars icmasının əli ilə, orada məqsədyönlü olaraq, XVII-XIX əsrlərdə ingilis şərqşünaslarının göstərişi ilə hazırlanan saxta “dəsatir”, “avesta mətnləri”, “pəhləvi mətnləri”, “qədim fars mətnləri” və s. belə saxta mətnlərin yazılıb, eradan əvvəl fars mənbələri kimi qələmə veriləməsindən sonra, onlar avropalılar (başda ingilislər olmaqla) və onların hindistanlı məmurları vasitəsi ilə İran türk ölkəsində yaşayan insanlara aşılandı. Sonrakı mərhələdə isə qeyd edilən təbliğatın nəticəsində Azərbaycan türkləri özləri də bu prosesin aparıcı qüvvəsinə çevrildilər.

19-cu əsrin azərbaycanlı ziyalılarından olan Cəlaləddin Mirzə Qacar (Fətəlişah Qacarın əlli səkkizinci oğlu) Tehranda yaşayan avropalılarla əlaqədə olduğu və onların əsərlərini oxuduğu üçün onların təsirinə düşmüş və erməni Mirzə Melkom xanın rəhbərlik etdiyi Framason Təşkilatının (Fəramuşxanə) üzvü olmuş və onun himayəsi altında həmin təşkilatın iclasları da onun (Cəlaləddinin) evində keçirilərmiş.25 Cəlaləddin Mirzə “Nameyi Xusrovan” adlı İran tarixi əsərini də yazmışdır. “Bu kitab, heç bir ağıl və məntiqlə qəbul edilməyəcək formada qədim İrana qarşı mədh və tərifləri ehtiva edən şərhlər və əfsanələrdən ibarətdir. Xüsusilə Kiyani, Pişdadi və digər mifik sülalələrdən bəhs edir. Onun əsərinin əsasını qeyri elmi rəvayətlər, əfsanələr və ya “Şahnamə” təşkil edir.”26  

Cəlaləddin Mirzə Qacarın adı çəkilən əsərini oxuyan Mirzə Fətəli Axundov, həmin framasonla məktublaşıb və İngiltərənin aşıladığı ideya istiqamətində uzun müddət bir-birlərinə yaxşı təsir göstərə bildilər. Üstəlik “Cəlaləddin Mirzə, Hindistan fars icmasından olan (İngiltərənin qeyd edilən məqsədi həyata keçirmək üçün İrana göndərdiyi xüsusi misioneri) Tehran zərdüştlərinin din xadimi Mankceylə də tanış etdi. Axundovla Mankceyin arasında ciddi dostluq və əqidə birliyi yarandı…”27 Əhəmənilərlə 2500 il qabaq torpağa basdırılan və məhv olub gedən pars (fars) sözü, Qacarların son dövründə İngiltərə vasitəsi ilə aşılanandan sonra, Azərbaycanın bir çox belə dırnaq arası ziyalılarının dilindən düşmürdü. Hətta Axundov, Mankceyə məktubunda yazır: “Mən zahirən türk olsam da pars (fars) soyundanam”28

Həmin dövrdə Qacar dövlətinin baş nazirləri, İran üçün tarix yazan ziyalılar, Azərbaycanın ziyalıları, o cümlədən “məşrutəçi Seyid Məhəmməd Təbatəbai, Məşrutəçi Yefrim xan, məşrutə şəhidi Mirzə İbrahim ağa, Həsən Pirniya (Qədim İran tarixini yazan), Həsən Mustofi (Mustofi-əl-Məmalik), İbrahim Həkimi (Həkim-əl-Mülk), Zəka-əl-Mülk Fruği… eləcə də Həsən Tağızadə Təbrizi”29 , Ə. Kəsrəvi və fars şovinizminin əsasını qoyan sayir şəxslər Framason Təşkilatının üzvü idilər. Bu məsələ o qədər geniş yayılmışdır ki, İngiltərəlilər özləri də buna etiraf edirdilər. Belə ki, Osmanlı və İran türk dövlətləri üzrə İngiltərənin tanınmış casusu Mister Hemfer, Osmanlı və İran türk dövlətlərini nəzərdə tutaraq yazır: “Bu iki ölkədə masonluğa cəlb etdiyimiz ayrı-ayrı şəxsləri dövlət kürsülərində yerləşdirmişik”.30

Britaniyada yaranan və əsas məqsədi İngiltərənin dünyəvi hakimiyyətini təmin etməkdən ibarət olan Framasoneri Təşkilatları, dövrün məlum məsələlərində də uydurmalara əl atırdılar. Belə ki, onlar Əhəməni şahı II Kirin  (Kuruş) Babulu fəth edərək, yəhudları əsirlikdən qurtaması ilə bağlı İranda deyirlər: “II Kir bu işi ilə Framasoneri Təşkilatı ilə bağlıdır və bu təriqətin formalaşmasında böyük rola malikdir”31 Halbuki, bu təşkilatın son yüzilliklərdə Britaniyada yaranması məlumdur.

Artıq 20-ci əsrə qədər regionun və xüsusilə, İran türkləri və Azərbaycan türklərinin tarixi Qərbin framasonları və şərqşünasları tərəfindən məqsədyönlü şəkildə ciddi təhrifə məruz qaldı. Hələ Rza şahın, İngiltərə vasitəsi ilə hakimiyyətə gətirilməsindən qabaq, şərqşünas Kleman Hevar, əhalisinin təxminən yarısını türklər təşkil edən İran türk dövlətində danışılan dillərin siyahısında fars dili və hətta bir neçə yüz və min nəfərlik etnosun belə dilinə işarə edir və ölkənin əksər əhalisinin, yəni türklərin dilinə işarə etmir.32 

Əslində Qərb dünyası və İngiltərənin, fars dövlətçiliyini İranda uydurmalar vasitəsi ilə formalaşdırmağının səbəbi, onların farsları çox istəməsindən irəli gəlmirdi. Bəlkə onlar strateji mənafeləri uğrunda bu iş üçün dəridən qabıqdan çıxırdılar. Belə ki, Britaniyanın İngiltərə xarici işlər naziri Lord Karzon, İranı tənəzzüldə qalaraq çürüməyə layiq olduğunu və ancaq Britaniya imperatorluğunun bu ölkədə olan mənafeyi, bu ölkənin coğrafi mövqeyi və … üçün buna imkan verilməyəcəyinə işarə edir.33  

Britaniyanın, şərqdən qərbə uzanan türk birliyini pozmaq üçün uzun müddətli strategiya üzrə planının əsas hissəsi artıq hazır idi. Bir tərəfdən İran türk dövlətində və regionda ictimai rəy formalaşdırılmış, digər tərəfdən isə, fars etnosu üzrə İran dövlətçiliyi üçün uydurulmuş tarixi baza yaradılmışdı. Məşrutə İnqilabından sonra 10 yaşında Əhməd şahın, ölkənin şahı elan edilməsi ilə İngiltərə, həm ingilis məmurları həm də Hindistanda formalaşdırdığı zərdüşt-fars icmasının numayəndələri vasitəsi ilə aktivliyini artırdı. 1919-cü il müqaviləsinə xalqın etrazı və həmin müqavilənin ləğvi, İngiltərəni, xüsusilə Britaniyanın Hindistan hakimiyyətini uzun müddətli planı aperativ şəkildə həyata keçirməyə daha da əzmli etdi. Həmin planı həyata keçirmək üçün isə onlar çoxdan kadr hazırlığı görmüşdülər.

Mankceydən sonra bir-bir İngiltərənin digər Hindistanlı fars icmasında olan şəxslər, o cümlədən Keyxusro Cey və daha sonra onun oğlu Ərdəşir Cey Riporter, İngiltərənin siyasi nümayəndəsi və casusu kimi İran türk dövlətində köklü dəyişikliklərə səbəb oldular. 27 yaşına kimi  İngiltərədə təhsil alıb, İngiltərənin müstəmləkəçilik siyasətləri üçün xüsusi yetişdirilən Ərdəşir Cey Riporter, 1893-cü ildə Hindistan hökumətinin naibi və İngiltərənin Tehrandakı səfirliyinin siyasi müşaviri kimi İran türk dövlətinə gəldi. O, məşrutə hərəkatı və ondan sonrakı hadisələrə təsir göstərmişdir. Siyasi Elmlər Məktəbində qədim tarix müəllimi kimi dərs demişdir. O, öz xatərələrində bu sahədə yazır: “Bütün mərhələlərdə, o cümlədən məşrutə hərəkatında, Siyasi Məktəbdə müəllimlik etdiyim dövrdə bütün gücümlə, iranlılarda İranpərəstlik (əslində farspərəstlik) ruhunu onlara aşıladım və onları bu istiqamətdə təhrik etdim”34 

Nəhayət Ərdəşir Cey Riporter, 1917-ci ilin oktyabr ayında Rza xanla tanış oldu. Lakin Rza xan savadsız olduğundan onu, “Yeni İranın təsisçisi” olmağa hazırlamaq lazım idi. Ə. Riporter öz xatirələrində yazır: “Sadə dildə İranın tarixini, coğrafiyasını və ictimai-siyası vəziyyətini ona izah edirdim… Adətən, uzun müddət mənim söhbətimə qulaq asıb, arada dincəlmək üçün durub çay dəmləyirdi və içirdik.”34   Ə Riporter, 4 il müddətinə Rza xanı yeni təsis edəcək İran dövlətinin başçısı kimi yetişdirir. O, Rza xanla “davamlı görüşəndən sonra, Rza xanın, İngiltərənin məqsədləri üçün İranda güclü və mütəmərkiz dövlət qurmağa ən yaxşı variant olduğu nəticəyə gəldi və birinci dəfə olaraq, Rza xanı, Ayrun Sayda (Britaniyanın məmuru) təqdim etdi.”35 

Beləliklə 1925-ci ildə İran türk dövlətində, İngiltərə və onun Hindistanlı məmurları vasitəsi ilə çevriliş həyata keçirildi və İngiltərə öz uzun müddətli məqsədləri üçün İranda fars dövlətinin əsasını qoydu. İngiltərənin müstəmləkəçilik məqsədləri üçün həmin dövlət tərəfindən formalaşdırılan fars şovonizminin son nəsil nümayəndələri bugün fəxrlə danışdıqları İran fars dövləti, əslində belə utandırıcı və beabırçı tarixə və dövlətçilik əsasına malikdir. İran fars dövlətçiliyinin tarixi bazasının, İngiltərə tərəfindən hazırlanması və çevrilişin həyata keçirilməsi faktları uzun müddət gizli saxlanılsa da, müəyyən məqamlarda, onlara özləri belə etiraf etməyə məcbur olmuşlar. Belə ki, İngiltərə, Rza şahı, oğlu Məhəmmədraz şahla dəyişərkən BBC radiosu xəbərlərində demişdi: “Rza şahın məmuriyyətinin başa çatması- Rza şahı biz taxta çıxardıq və biz də İrandan xaric etdik.”37

İndiki İran fars dövlətinin dövlətçilik tarixinin 1925-ci ildən qabağa getməməsinə artıq heç bir şübhə yoxdur. Ona görə ki, istinad etdikləri saxtalaşdırılmış Əhəməni (Həxaməneşi) və Sasani dövlətlərinin tarixi isə əslində indiki farslara yox, bəlkə qisas məqsədilə Assurlar tərəfindən didərgin edilmiş yəhudlar vasitəsilə regiona gətirilmiş köçəri tayfaya məxsus olması elm aləminə məlumdur.38

Rza xanın İranda hakimiyyətə gətirilməsi və türk birliyini pozmaq, eləcə də İngiltərə müstəmləkəçiliyinin təmin edilməsi istiqamətində İran fars dövlətçiliyinin uydurularaq təsis edilməsi ilə, yenə də yeni təsis edilən İran fars dövlətinin guya tarixi əsasının olmasını əsaslandırmaq məqsədilə, İngiltərə tərəfindən başlanılan tarixi uydurmalar prosesinə davam etdirildi. “Rza şah hakimiyyətinin, xidmətində olan vasitələrdən biri də tarix yazmaq idi. Bu əsrdə tarix yazmaq, şərqşünasların tədqiqatı və yazdıqlarına əsaslanan qədim tarix üzərində köklənmişdi. Bu dövrdə tarix yazmağın xüsusi ictimai-siyasi məqsədi, İranın keçmişi, xüsusilə qədim dövrünün siyasi sisteminin strukturunu verməkdən ibarət idi. Onlar, beləliklə Rza şah diktatorasını əsaslandırmaq istəyirdilər. Həmin diktatora hakimiyyəti və qurulan yeni dövləti əsaslandırmaq məqsədilə, İranın siyasi sistemini, Əhəməni və Sasani dövründə idarəçiliyin və qərarların imperatorluğun mərkəzindən verilən tam mütəmərkiz və güclü siyasi sistem kimi olması təsvir edilirdi. Halbuki, bunların heç birinin tarixi əsası yoxdur.”39  Bu məsələlər əslində sonrakı mərhələdə İran türklərinin assimilyasiya prosesini gücləndirməyə xidmət edirdi.

Qərb missionerləri və şərqşünasları, eləcə də onların yerli əlatıları, yenicə əsasını qoyduğu dövlətin adını da sadəcə “Məmalik-e Məhrusə” (hazırkı dövrdə birləşmiş əyalətlər mənasını daşıyır.) terminini ləğv etməklə İran kimi saxladılar. Lakin “İran” sözünü farsların ölkəsi mənasında təqdim etmək üçün yenə də uydurmalara əl atdılar. Onlar, bu məsələdə uydurduqları “ari” terminindən və uydurularaq guya “Avesta”dan oxuduqları “Əiryan vəecə”  olduğunu iddia etdilər. Əslində bunların “İran” termini ilə heç bir əlaqəsi yoxdur. Turan termini ilə yanaşı işlənən “İran” sözü də mifik anlayış olaraq, qədim türklərin “Alp Ərtunqa” dastanı ilə bağlıdır. Sonralar türk dövlətinin himayəsi altında türk sarayında Firdovsinin özünün də yazdığı kimi uydurduğu “Şahnamə” əsərində də İran termini mifik termin olaraq, Turan termini ilə bərabər işlədilmişdir. Turanla birgə İran və İraq terminləri fars sözü olmadığı üçün bu dildə heç bir məna kəsb etmir və Turana nisbətdə “İran türkcə yaxın mənasıdadır və İraq (uzaq) qarşılığında”40 istifadə olunur. İran adı, Türk-monul imperatorluğuna qədər ancaq mifik xarakter daşımış və yalnız Türk-monul imperatorluğu dövrü, Çingiz xanın varisləri yəni Elxani və Cığatay ulusluqları arasında yaran ixtilaf nəticəsində həmin İran-Turan mifik terminləri ölkə adı kimi qərarlaşdırılmışdır.41 Bundan sonra isə indiki İran ölkəsi həmin adla adlandırılmışdır.

Beləliklə İngiltərə qeyd etdiyimiz uzaq strateji planın icrası ilə türk dünyasının İran halqasını qırmaqla, türk birliyini poza bildi. Əlbəttə İngiltərə təkcə türk dünyasının İran halqası ilə kifayətlənmədi. O, “Hindistandan birinci dünya müharibəsində bir milyondan artıq əsgər və bir milyard rupi nağd pul almışdır. Bu pulların çoxunu Osmanlı dövlətini parçalamağa sərf etmişdir”42 Türkiyənin yüksək rütbəli dövlət adamı ilə görüşən İngiltərə casusu Larens (Lawrence), Osmanlı imperatorluğunu məhv etmək məqsədi güddüyü ilə bağlı açıq şəkildə etiraf etmişdir: “Sizi yəni türkləri məhv etmək istədim, müvəffəq olmadım. Kürdistan təşkil etmək istədim, müvəffəq olmadım. Fəqət Ərəbistanı təşkilatlandırmağa müvəffəq oldum.”43 

Beləliklə Yaponiyadan Avropanın ortalarına və Afrikanın qərb sahillərinədək uzanan türk nüfuzu 20-ci əsrdə tənəzzülə uğradılaraq, məhv edilməyə məhkum edilmişdi. Yalnız Türkiyə Respublikası öz müstəqilliyini qoruyub, saxlaya bildi. Üç qitənin hakimi kəsilən türk millətindən 20-ci əsrdə yalnız Türkiyə Respublikası öz müstəqilliyini qoruyub, saxlaya bildi.

 

Qaynaqlar:

 

1- Dr. Cavad Heyət, “Türklərin tarix və fərhənginə bir baxış”, “Varlıq” jurnalının özəl sayı, Tehran 1377 h., s.20-23

2- Tərtib edəni: Hikmət Hacızadə, “Demokratiya: Gediləsi uzun bir yol”, Demokratiya və antidemokratiya antologiyası, Bakı, 2001, s. 61

3- راجر، سیوری، ایران عصر صفوی، ترجمه کامبیز عزیزی، چاپ سیزدهم 1384، تهران، نشر مرکز، ص. 104

4- آرمین، کسروی، بیستون، نبشته های آریایی، ص. 40، سایت کتابهای رایگان فارسی و www.zoroaster7.persianblog.com

5- Bax: Rəfiq Özdək, “Türkün qızıl kitabı, II kitab, Bakı, 1997, yazıçı nəşriyyatı, s. 180-190

6- M. M. Hüseynov, “Dünya türklərinin müxtəsər tarixi”, Bakı, 1999, Elm nəşriyyatı, s. 51

7- ویل و آریل دورانت، جلد 10، رسو و انقلاب، ویراسته دوم، چاپ ششم 1378، تهران، شرکت انتشاراتی علمی و فرهنگی، ص. 78

8- “گونئی آذربایجان” ژورنالی، سای 2، مهر 1382، رسول سواران، “نژادپرستی، آریائیسم و پان ایرانیسم” ص. 13

9- پرفسور شاپور، رواسانی، نادرستی فرضیه های نژادی آریا، سامی و ترک، تهران، 1380، اننتشارات اطلاعات، ص. 68

10- “تریبون” ژورنالی، سای 6، قیش 2001، ایسوئچ، علیرضا اردبیلی، “ظهور و افول افسانه هند و اروپایی”، ص. 271

11- دنیس رایت، انگلیسی ها در میان ایرانیان، ترجمه لطفعلی خنجی، مؤسسه انتشارات امیر کبیر، تهران 1359، ص. 174

12- رضا، بیگدلو، باستانگرایی در تاریخ ایران، چاپ اول 1380، تهران، نشر مرکز، ص. 115

13- خلاصه و ترجمه از علرضا اردبیلی، “بتهای آریایی” www.tribun.com

14- ماهنامه دیلماج، شماره 7 و 8، تبریز، فروردین و اردیبهشت 1384، علی، موسی زاده، آریایی موهوم، ص. 74

15- رضا، بیگدلو، باستانگرایی در تاریخ ایران، چاپ اول 1380، تهران، نشر مرکز، ص. 116

16- دنیس رایت، انگلیسی ها در میان ایرانیان، ترجمه لطفعلی خنجی، مؤسسه انتشارات امیر کبیر، تهران 1359، ص. 175

17-رلف، نرمان شارپ، فرمانهای شاهنشاهی هخامنشی، تهران، چاپ دوم 1384، مؤسسه فرهنگی و انتشاراتی پازینه، ص. 1

18- رضا، بیگدلو، باستانگرایی در تاریخ ایران، چاپ اول 1380، تهران، نشر مرکز، ص. 117

19- ناصر پور پیرار، تأملی در بنیان تاریخ ایران، کتاب اول، دوازده قرن سکوت، اشکانیان، نشر کارنگ تهران، 1381، ص. 67

20- رلف، نرمان شارپ، فرمانهای شاهنشاهی هخامنشی، تهران، چاپ دوم 1384، مؤسسه فرهنگی و انتشاراتی پازینه، ص. 4

21- ناصر پور پیرار، تأملی در بنیان تاریخ ایران، کتاب اول، دوازده قرن سکوت، اشکانیان، نشر کارنگ تهران، 1381، ص. 59

22- اسماعیل رائین، حقوق بگیران انگلیس در ایران، نوبت چاپ: نهم 1373، چاپخانه علمی، ص. 20

23- اسماعیل رائین، حقوق بگیران انگلیس در ایران، نوبت چاپ: نهم 1373، چاپخانه علمی، ص. 22

24- اسماعیل رائین، حقوق بگیران انگلیس در ایران، نوبت چاپ: نهم 1373، چاپخانه علمی، ص. 28

25- رضا، بیگدلو، باستانگرایی در تاریخ ایران، چاپ اول 1380، تهران، نشر مرکز، ص. 53

26- رضا، بیگدلو، باستانگرایی در تاریخ ایران، چاپ اول 1380، تهران، نشر مرکز، ص. 53

27- رضا، بیگدلو، باستانگرایی در تاریخ ایران، چاپ اول 1380، تهران، نشر مرکز، ص. 57

28- آخوندزاده، میرزه فتحعلی، الفبای جدید و مکتوبات، به کوشش حمید محمد زاده، تبریز، 1376، نشر احیا، ص. 249

29- مؤسسه مطالعات و پژوهشهای سیاسی، اسناد فراماسونری در ایران، جلد دوم، تهران زمستان 1380، ص. 405

30- Mister Hemferin xatirələri (İngilis casusunun etirafları), ЗАО «Славянский дом книги» Москва 2003, s. 10

31- مؤسسه مطالعات و پژوهشهای سیاسی، اسناد فراماسونری در ایران، جلد اول، تهران زمستان 1380، ص. 92

32- هوار، کلمان، ایران و تمدن ایرانی، ترجمه حسن انوشه، تهران، چاپ اول، 1363، انتشارات امیر کبیر، ص. 22

33- “تریبون” ژورنالی، سای 4، قیش 1991، ایسوئچ، علیرضا اردبیلی، “دادنامه آذربایجان”، ص. 245

34- رضا، بیگدلو، باستانگرایی در تاریخ ایران، چاپ اول 1380، تهران، نشر مرکز، ص. 234

35- “تریبون” ژورنالی، سای 4، قیش 1991، ایسوئچ، علیرضا اردبیلی، “دادنامه آذربایجان”، ص. 256

36- رضا، بیگدلو، باستانگرایی در تاریخ ایران، چاپ اول 1380، تهران، نشر مرکز، ص. 235

37- دکتر شمس الدین، امیر عطایی (ترجمه و تألیف)، صعود محمدرضا شاه به قدرت یا “شکوفایی دیکتاتوری” ص. 72

38- ناصر، پورپیرار، تأملی در تاریخ بنیان ایران، دوازده قرن سکوت! کتاب اول، برآمدن هخامنشیان، چاپ دوم، تهران، آذرماه 1379، نشر کارنگ، ص. 251 و برای اطلاعات بیشتر کل کتاب.

39-  رضا، بیگدلو، باستانگرایی در تاریخ ایران، چاپ اول 1380، تهران، نشر مرکز، ص. 274

40- ماهنامه دیلماج، شماره 7 و 8، تبریز، فروردین و اردیبهشت 1384، علی، موسی زاده، آریایی موهوم، ص. 79

41- حسین، فیض الهی وحید، نام ایران را مغولان بر این سرزمین نهادند، و مراجعه شود به ترجمه مختصرالدول، ابن عبری، ترجمه دکتر میر فخرایی، مؤسسه مطالعات و تحقیقات فرهنگی (پژوهشگاه)، تهران، 1371، ص. 69

42- Mister Hemferin xatirələri (İngilis casusunun etirafları), ЗАО «Славянский дом книги» Москва 2003, s. 89

43- Politika Ansiklopedisi, Tercüman, Tercüman gazetecilik matbaasında dizilmiş ve basılmışdır, İstanbul 1982, s. 388.

 

Tarix üzrə fəlsəfə doktoru, Həsən Səfəri

 

 

 

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın