Cəbhədən son xəbərlər; erməni işğalçıları cəbhə boyu sıxışdırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 2-də gün ərzində və 3-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu və 2 ədəd sursatla dolu yük maşını məhv edilib və sıradan çıxarılıb.

Müdafiə Nazirliyi məlumat yayıb ki, Ermənistan tərəfinin cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya əvvəlki mövqelərinə atıldığı barədə yaydığı məlumat tamamilə həqiqətə uyğun deyil.

“Azərbaycan Ordusu cəbhənin bütün sahələrində düşmən üzərində tam taktiki və atəş üstünlüyünə malikdir. Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır”, – məlumatda bildirilir.

Noyabrın 3-ü saat 09:50-də cəbhədə uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Həmçinin yoxlayın

Azərbaycan Azıx mağarasında laboratoroji işlərə başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Qədim insan məskənlərinin mühafizəsi” mövzusunda keçirilən paneldə AMEA-nın …

Azərbaycanlı fəal Fatimə Atəşi Xiyavi Evin zindanında həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fatimə Atəşi Xiyavi” 23 fevralda Evin prokurorluğunun qərarların …

Bir cavab yazın