Cümə , Dekabr 27 2024
azfa

Çətin məhkəmə prosesindən sonra daha bir azərbaycanlı uşağa Türkay adına doğum şəhadətnaməsi verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, vəkil və Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının sədr müavini Sina YusifiTəbrizdə məhkəmə qərarını özünün sosial şəbəkə səhifəsində paylaşaraq yazıb ki, “Daha bir Türkar şəxsiyyət vəsiqəsinə sahib oldu.

Azərbaycan xalqı öz övladların istədikləri adı qoymaq üçün çətin məhkəmə proseslərindən keçməyə məcbur olurlar. Lakin onlar mədəni yolla öz hüquqlarını əldə etmək üçün vaz keçmirlər”.

Bundan öncə də bir sıra valideynlər övladlarına türk adları qoymaq üçün yalnız çətin məhkəmə prosesindən sonra övladlarına doğum şəhadətnaməsi ala biliblər.

Qeyd edək ki, İran rejimi Azərbaycan türk Millətini bir millət kimi assimilyasiyaya uğradıb məhv etmək məqsədilə onlara öz övladlarına öz dillərində ad qoymağı qadğan edib.

Həmçinin yoxlayın

Mühacir kürdlər Qotur şəhərinin girişinin tablusunda şəhərin adını dəyişməyə cəhd ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mühacir kürdlər Güney Azərbaycanın Qotur şəhərinin giriş tablosunu …

Molla rejimi Ərdəbildə “casusluq”da təqsirləndirdiyi bir nəfəri həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin SEPAH-ının kəşfiyyat qüvvələri dünən Ərdəbildə …