Cümə axşamı , May 7 2026
azfa

Xəbərlər

Vərzeqan kəndliləri molla rejimin Əndirgan qızıl mədənini talaması və ətraf mühiti çirkləndirməsinə etiraz edir-Video

GADTB: Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsində kənd sakinləri dünən Əndirgan qızıl mədəninə gedən yolu bağlayıblar. Etiraza səbəb mədən fəaliyyətinin ətraf mühitə vurduğu ziyan, kənd təsərrüfatının sıradan çıxması və mal-qaranın tələf olmasıdır. Etirazçılar bildiriblər ki, qızıl mədəni yalnız seçilmiş bir qrupun cibini doldurur, minlərlə kəndlinin isə həyatını ağırlaşdırır. Onların sözlərinə görə, …

Ətraflı oxu »

Təbrizdə “Daşbabalar” Heykəl Sərgisi keçirilir

GADTB: Təbrizdə türklərin mifoloji inanclarına söykənən “Daşbabalar” adlanan daş heykəl sərgisi açılıb. Bu əsərlər Azərbaycan türk sənətçisi Behnam Məhəmmədpur tərəfindən hazırlanıb və özünəməxsusluğu ilə seçilir. Daş Babalar, Dikli Daşlar və Balballar Şərqi Türküstandan Azərbaycan, Türkiyə və Macarıstana qədər bütün türk dünyasında rast gəlinir və kökləri qədim türklərin şamanist inanclarına söykənir. …

Ətraflı oxu »

Azərbaycanla ABŞ sülh gündəliyi ilə bağlı müzakirələr apardılar

GADTB: Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Konqresində keçirilən Yaxın Şərq Sammitində və Amerika Yəhudi İcmasının tədbirində iştirak edib. Bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyinin X hesabında paylaşım edilib. Bildirilib ki, Hikmət Hacıyev sammit çərçivəsində Azərbaycan-ABŞ strateji tərəfdaşlığı, regional məsələlər …

Ətraflı oxu »

Zəngəzur dəhlizi ilə bağlı müzakirələr başlayır

GADTB: ABŞ-dan olan nümayəndə heyəti Zəngəzur dəhlizi (“Tramp marşrutu” – TRIPP) məsələsini müzakirə etmək üçün bu həftə Ermənistana səfər edəcək. Məlumata görə, amerikalılar dəhlizin texniki və siyasi detallarını, həmçinin layihəyə yatırılacaq investisiyanın həcmi, prioritetlər və tikinti işlərinə başlama müddətini müzakirə edəcəklər. Qeyd edək ki, bu gün xarici işlər naziri Ceyhun …

Ətraflı oxu »

Polşa ordusu hərəkətə keçdi, hərbi texnikalar sərhədə doğru irəliləyir

GADTB: Polşa hərbi texnika kolonu Belarus sərhədinə doğru irəliləyir. Bu barədə “Birinci Kanal” məlumat yayıb. Səhər yayılan görüntülərdə Polşa qoşunlarının aktiv hərəkəti, o cümlədən kolonların sərhədə doğru hərəkəti əks olunub. Məlumatda bildirilir ki, bu hərəkət Rusiya və Belarusun birgə keçirdiyi “Qərb-2025” hərbi təlimləri ərəfəsində baş verir.

Ətraflı oxu »

İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmayacaq

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Baş direktoru Rafael Qrossi deyib ki, İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmayacaq. Onun sözlərinə görə, İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmayacağını bəyan etməsi ümidvericidir. “Bizim üçün sevindirici olan isə İranın bu müqavilədən çıxmamaq və beynəlxalq yayılmaya qarşı rejimdə işləməyə davam etmək niyyətini …

Ətraflı oxu »

Azərbaycan Milli Hərəkatının fəalı Tohid Əmiramini məhkəməyə çağırılıb

GADTB: Azərbaycan Milli Hərəkatının fəalı Tohid Əmirəmini iki ayrı bildirişlə Ərdəbildə II Cəza Məhkəməsinin 104-cü və Ərdəbildə İnqilab Məhkəməsinin 2-ci Şöbəsinə çağırılıb. Bu azərbaycanlı fəalın sözügedən şöbənin çıxardığı qiyabi hökmdən şikayət etmək üçün 19 sentyabr 2025-ci il tarixdə səhər saat 10-da məhkəməyə gəlməsi əmr edilib. Bu il avqustun 3-də bu …

Ətraflı oxu »

Urmiya gölünün qurudulmasının bütün bölgə üçün ekoloji fəlakət olmasına etiraf

GADTB: İran Su Sənayesi Federasiyasının baş katibi Əli Şəriəti Urmuiya gölünün qurumasının İran və regionda ən böyük ekoloji böhranlardan biri olduğuna etiraf edib. Şəriəti deyib: “Bu böhran ətraf mühit, ictimai sağlamlıq, iqtisadiyyat, cəmiyyət və hətta milli təhlükəsizlik sahələrində geniş fəsadlara səbəb olacaq”. Onun sözlərinə görə, bundan sonra Qərbi və Şərqi …

Ətraflı oxu »

TOGG Almaniyada yeni modelini təqdim etdi

GADTB: Türkiyənin elektrikli avtomobil istehsalçısı TOGG yeni sedan modelini Almaniyada tanıdaraq Avropa bazarında satışlara başlamağa hazırlaşdığını açıqlayıb. Şirkət qitənin ən böyük və rəqabətli avtomobil bazarına daxil olmaqla yeni gəlir imkanları axtarır. Sentyabrın 8-də (bu gün) “T10X elektrikli SUV” modelinin Avropa təqdimatını keçirən TOGG şirkəti “T10F” adlı beşqapılı elektrikli sedan modelini …

Ətraflı oxu »

İran Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliklə nüvə obyektlərinə baxış barədə razılığa gəldi

Nüvə Enerjisi üzrə Beynəlxalq Agentlik və İran nüvə obyektlərində təftiş fəaliyyətini bərpa etmək barədə razılığa gəliblər. Bu barədə agentliyin baş direktoru Rafael Qrossi X sosial şəbəkəsində məlumat verib. “Bu gün Qahirədə İranın xarici işlər naziri Arakçı ilə İranda yoxlama fəaliyyətinin bərpasının praktiki üsulları barədə razılığa gəldik. Bu, düzgün istiqamətdə atılmış …

Ətraflı oxu »