Xəbərlər

Urmiyada 20-dən çox türk fəal həbs edilib, daha iki nəfərin kimliyi müəyyənləşib

GADTB: Azərbaycan milli hərəkatının fəalları Əta Kərimi və Əmir İbrahimlu 2025-ci il oktyabrın 28-i yaxınları ilə əlaqə saxlayaraq Urmiya Mərkəzi Həbsxanasının qəbul bölməsinə köçürüldüklərini bildiriblər. Fəallara yaxın mənbələr son hadisələr zamanı azı 20 nəfərin saxlanıldığını bildiriblər. Onların arasında Əta Kərimi və Əmir İbrahimlu ilə yanaşı, Urmiyalı bloqer Puyan Yəzdanı və …

Ətraflı oxu »

Evin zindanında 6 azərbaycanlı siyasi məhbus ağır hökmlərə və ayrı-seçkiliyə etiraz olaraq aclıq aksiyasına başlayıb

GADTB: Azərbaycanlı milli-mədəni fəallarından bir qrup Evin həbsxanasında qanunsuz məhkəmə proseslərinə, İran kəşfiyyat orqanlarının ayrı-seçkilik davranışlarına və məhkəmə qurumlarının məhbusların vəziyyətinə laqeyd münasibətinə etiraz olaraq 2025-ci il oktyabrın 28-i, çərşənbə axşamı tarixindən aclıq aksiyasına başlayıblar. Aksiyada iştirak edən məhbuslar bildiriblər ki, son iki il ərzində təhlükəsizlik orqanlarının saxta ittihamları və …

Ətraflı oxu »

Təbrizin Bağmeşə bölgəsində etiraz aksiyası keçirilib

GADTB: Oktyabrın 28-də Təbrizdə yerləşən Şərqi Azərbaycan əyalətinin Yol və Şəhərsalma Baş İdarəsinin qarşısında etiraz aksiyası keçirilib. Aksiyanı şəhərin Bağmeşə bölgəsində tikintisi nəzərdə tutulan yaşayış binalarında mənzil alan şəxslər keçiriblər. Baş İdarənin qarşısına toplaşan etirazçılar, 7 il əvvəl mənzil üçün ödəniş etmələrinə naxmayaraq, bu günə kimi heç bir binanın hazır …

Ətraflı oxu »

İran neft və qaz ehtiyatlarından istifadə imkanını itirir

GADTB: İran Milli Neft Şirkətinin rəsmisi Əmir Moqəyyese növbəti 30-40 ildə neft dövrünün sona çatacağı ilə bağlı xəbərdarlıq edərək, struktur islahatları aparılmadan və ictimai inam bərpa olunmadan ölkənin enerji ehtiyatlarının əksəriyyətinin yeraltında qalacağını vurğulayıb. Mərkəzi Bankın statistikasına görə, 2005-2010-cu illər arasında ölkədən 170 milyard dollardan çox vəsait çıxıb və təkcə …

Ətraflı oxu »

“Yaşamaq haqqı bizim yeganə istəyimizdir – təkcə Ehsan üçün yox, bütün insanlar üçün” – Ehsan Fəridinin anası- Video

GADTB: Ehsan Fəridinin anası yaydığı video müraciətində insanın yaşamaq haqqının təməl və mütləq bir hüquq olduğunu vurğulayıb. O bildirib ki, bu tələb yalnız onun oğlu ilə məhdudlaşmır, bütün insanların haqqıdır. O, müraciətində belə deyib: “Yaşamaq və həyat haqqı təkcə mənim əziz oğlum Ehsan üçün deyil, bütün həmvətənlərimiz üçündür. Biz insanlara …

Ətraflı oxu »

Ərakda qəzəb sədaları: “Havamızı geri verin!”- Video

GADTB  28 oktyabr 2025-də Ərak şəhəri yenidən etirazlara səhnə olub. Şəhər sakinləri Mərkəzi vilayətinin valiliyi qarşısında toplaşaraq Elektrik Stansiyasında mazut yandırılmasına qarşı çıxıblar. Onlar deyiblər ki, bu qərar hər il qışda havanı zəhərləyir və insanların nəfəsini daraldır. Etirazçılar “Təmiz hava bizim haqqımızdır” və “Mazutla ölümə yox!” kimi şüarlar yazılmış plakatlar …

Ətraflı oxu »

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Türkiyənin Cumhuriyet Bayrami münasibətilə tebrik mesajı

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 29 Oktyabr – Türkiyə Cümhuriyyətinin qurulmasının ildönümü münasibətilə təbrik mesajı yayıb. GADTB təbrik mesajında Türkiyə dövləti, Türk milləti və Türk Ordusunu səmimi-qəlbdən təbrik edib. Bununla bağlı təbrik məktubu olduğu kimi təqdim edilir:

Ətraflı oxu »

Türk dövlətləri arasında vahid InsurTech ekosistemi yaradıla bilər

GADTB: Türk dövlətləri arasında vahid InsurTech ekosistemi yaradıla bilər. Bunu Türk Dövlətləri InsurTech Zirvəsində çıxış edən Türkiyə Sığorta Birliyinin (TSB) Baş katibi Özgür Obalı bildirib. Onun sözlərinə görə, təşəbbüsün məqsədi sığorta sektorunda ortaq texnoloji infrastrukturun, məlumat mübadiləsi sisteminin və standartların uyğunlaşdırılmasının təmin edilməsidir. Layihə çərçivəsində KYC, elektron imza, bulud texnologiyaları …

Ətraflı oxu »

Makıdakı Qaban qalası ətrafında insan zənciri: fəallar tarixi abidənin qorunmasını tələb etdilər- Video

GADTB: Azərbaycan tarixinin qorunması üçün fəaliyyət göstərən bir qrup fəal və tarix həvəskarı, Makının tarixi Qaban (Qayaqala) qalasının ətrafında insan zənciri yaradaraq, bu qədim abidəyə diqqətin artırılması və onun bərpası üçün dövlət büdcəsindən vəsait ayrılmasını tələb ediblər. “Abbas Lisaninin məlumat səhifəsi”nin verdiyi xəbərə görə, Makının tarixi toxumasında yerləşən Qaban qalası, …

Ətraflı oxu »

6 aylıq hüquqi mübarizədən sonra azərbaycanlı körpəyə Alaz adına doğum şəhadətnaməsi almaq mümkün olub

GADTB: Azərbaycanlı ailə 6 aylıq hüquqi mübarizədən sonra Culfa şəhərində rejimin Qeydiyyat İdarəsindən öz övladlarına Alaz adına doğum haqqında şəhadətnamə ala biliblər. Bu isə Culfa Sülh Məhkəməsinin qərarı ilə mümkün olub. Məhkəmənin qərarında vurğulanıb ki, icma mədəniyyətinə uyğun olaraq ad seçmək hər bir vətəndaşın hüququdur. Azərbaycanlı körpənin babası Qulu Əbdilzadə …

Ətraflı oxu »