Cümə , Oktyabr 16 2026
azfa

İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmayacaq

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Baş direktoru Rafael Qrossi deyib ki, İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmayacaq.

Onun sözlərinə görə, İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmayacağını bəyan etməsi ümidvericidir.

“Bizim üçün sevindirici olan isə İranın bu müqavilədən çıxmamaq və beynəlxalq yayılmaya qarşı rejimdə işləməyə davam etmək niyyətini bəyan etməsidir. Eyni zamanda, İran öz narahatlıqlarını da ifadə etdi. Beynəlxalq təşkilat kimi bizim əsas vəzifəmiz isə bu narahatlıqları dinləmək və onları həll etmək üçün yollar və vasitələr tapmaqdır”, – o əlavə edib.

Qrossi AEBA-nın İranla yoxlama bildirişləri və onların icrası ilə bağlı texniki sənəd əldə etdiyini qeyd edib.

Qeyd edək ki, AEBA və İran ötən gün nüvə obyektləri ilə bağlı yoxlamaların bərpası ilə bağlı razılığa gəlib.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …