Çərşənbə , May 6 2026
azfa

Xəbərlər

ABŞ Senatı İran təhdidlərini əhatə edən qanun qəbul edib

GADTB: Dünən #ABŞ Senatı İrandan gələn təhdidləri də əhatə edən “2026-cı il İnformasiya Səlahiyyəti Qanunu”nu qəbul edərək prezident Donald Trampın imzası üçün Ağ Evə göndərib. Respublikaçı #senator Tom Kotton bildirib ki, ikipartiyalı dəstək alan qanun layihəsi ABŞ kəşfiyyat icmasında “zəruri islahatlar” aparmağı və ölkənin İslam Respublikası və Çin kimi rəqiblərdən …

Ətraflı oxu »

Avstraliya Azərbaycan Assosiasiyasının da qatıldığı Sidneydəki Avstraliya Türk İcmaları terror aktı ilə bağlı birgə bəyanat yayıb- Şəkil

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının da qatıldığı Sidneydəki Avstraliya Türk İcmasının terror aktı ilə bağlı birgə bəyanat yayıb. Bəyanatı olduğu kimi təqdim edirik: Bu gün biz kədər, aydınlıq və qətiyyətlə danışırıq. Bazar günü axşamı Bondi çimərliyində, Hanukka bayramı ilə bağlı keçirilən tədbir zamanı şəhərimiz vəhşi bir zorakılıq aktı ilə sarsıldı. Ahmed …

Ətraflı oxu »

Evin həbsxanasının 7-ci bölməsində sanitariya böhranı: azərbaycanlı siyasi məhbusların sağlamlığı ilə bağlı narahatlıq

GADTB: Evin həbsxanasında, xüsusilə də azərbaycanlı fəalların da saxlanıldığı kişi siyasi məhbuslar üçün nəzərdə tutulan 7-ci bölmədə sanitariya vəziyyətinin kəskin şəkildə pisləşdiyi bildirilir. Məlumatlara görə, bu bölmədə bir neçə məhbus yoluxucu qaşınma (qal) xəstəliyinə tutulub və onlardan bəziləri karantinə köçürülüb. Ehtimal edilir ki, xəstəlik Tehran Böyük Həbsxanasından Evinə köçürülən məhbuslar …

Ətraflı oxu »

Güney Azərbaycanda milli şüarlar səslənir; “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir!”- Video

GADTB: Urmiya şəhərində Durnalar Yuvası idman kompleksində Güney Azərbaycanın Bələdiyyə və Eslamşəhrin Təbiət voleybol komandalarının oyunu çərçivəsində azərbaycanlı azarkeşlər, 26 Azərdə Azərbaycan türklərinə qarşı mənəvi soyqırım törətməsini anaraq milli şüarlar səsləndiriblər. Onlar “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir!” şüarı səsləndiriblər. Azərbaycanlı tərəfdarlar həmçinin aşağıdakı şüarları səsləndiriblər: “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!” …

Ətraflı oxu »

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Avstraliyada şəhid türk konsulun anım mərasimində-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, bu gün 2025-ci il dekabrın 17-i Avstraliyanın Sidney şəhərində ermənilərin 1980-cı ildə terror etdiyi Türkiyə Baş konsulu Şarık Ariyak və mühafizəçisi ataşe Engin Severin şərəfinə anım mərasimi keçirilib. Sidneydə keçirilən anım tədbirinə Avstraliya Azərbaycan Assosiasının prezidenti, GADTB-nin Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta …

Ətraflı oxu »

Zəncanda bahalaşma və yoxsulluğa qarşı etiraz çağırışından sonra Cəlil Abbasi saxlanılıb

GADTB: Azərbaycanlı boks məşqçisi və ictimai-siyasi fəal Cəlil Abbasi bazar günü — azər ayının 23-də — Zəncan şəhərində yerləşən mağazasında molla rejimin qüvvələri tərəfindən saxlanılıb. Onun yaxınlarının bildirdiyinə görə, Cəlil Abbasinin saxlanılması cümə axşamı, azər ayının 27-də saat 12:00-da Zəncan valiliyi qarşısında keçirilməsi planlaşdırılan etiraz aksiyası ilə bağlı yaydığı çağırışla …

Ətraflı oxu »

Təbrizdə sahibsiz heyvanların müdafiəçisi olan qadınlar saxlanılıb, dindirildikdən sonra azad ediliblər; şəxsi əşyələri müsadirə olunub

GADTB: Təbriz şəhərində sahibsiz heyvanlara dəstək məqsədilə keçirilən dinc aksiya zamanı təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə aksiyada iştirak edən bir qrup qadın saxlanılaraq Təbrizin Saib meydanında yerləşən Polis İdarəsinin ETTELAAT şöbəsinə aparılıb. “Abbas Lisaninin İnformasiya Səhifəsi”nin məlumatına görə, saxlanılanların dəqiq sayı hələlik açıqlanmayıb. Bununla belə, əldə olunan bilgilərə əsasən, bütün saxlanılan …

Ətraflı oxu »

Təbrizdə İstilik Elektrik Stansiyasında mazut yandırılır: hava çirklənməsi artır, əhalinin sağlamlığı təhlükə altındadır

GADTB: Təbriz İstilik Elektrik Stansiyasında mazutun yandırılmasının davam etməsi şəhərdə hava çirklənməsinin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub. Nəticədə bu böyük şəhərin səmasında qalın tüstü və zərərli hissəciklərdən ibarət sıx bir qat formalaşıb. Bildirilir ki, son günlərdə müşahidə olunan yağıntılar da havanın çirklənməsini azaltmağa kifayət etməyib. Mövcud vəziyyət ətraf mühitə vurulan …

Ətraflı oxu »

Sayın Mikayil bəy Oytadan Azərbaycan Prezidenti cənab İlham Əliyevə təbrik məktubu- Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta Azərbaycan Prezidenti cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubu olduğu kimi təqdim edirik: Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident, Müqəddəs Qarabağ …

Ətraflı oxu »

“Hoover İnstitutu”  “Tramp Marşrutu”nda bütün regional aktorların maraqlarını nəzərə almağı məsləhət görür

GADTB: Amerikanın aparıcı mühafizəkar beyin mərkəzi olan HOVER İnstitutu ABŞ administrasiyasına xitabən yazır: “Vaşinqton üçün ən yaxşı məsləhət, davamlı olaraq gələcək proseslərə təkan verməklə yanaşı, TRIPP və əlaqəli inkişafları geniş ictimaiyyət üçün mümkün qədər məqbul etmək üçün çoxvektorlu siyasət ruhunu mənimsəməkdir. Çin, Rusiya və ya İran şirkətləri (sanksiya tətbiq edilən …

Ətraflı oxu »