Xəbərlər

Türk ordusu sürətlə irəliləyir terrorçulara qarşı əməliyyata davam edir – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Haftanin bölgəsində başlatdığı “Pəncə-Qartal” hərəkatı uğurla davam edir. Hərəkatın 2-ci günündə terrorçuların düşərgələri məhv edilib. Bölgədə fəaliyyətinə üstünlük verilən topçular “Fırtına” və ÇNRA tankları ilə düşmənin mövqelərini atəşə tutub. Türkiyə Müdafiə Nazirliyi hərəkatdan görüntülər paylaşıb: Pençe-Kaplan Operasyonu planlandığı …

Ətraflı oxu »

Tramp Çinin uyğur türklərinə zülmü ilə bağlı sanksiya sənədini təsdiqlədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Prezidenti Donald Tramp, Sincan Uyğur Muxtar Bölgəsindəki (Şərqi Türküstan) uyğur türklərinə qarşı edilən təzyiq və təqib siyasəti səbəbiylə çox sayda Çin məmuruna sanksiya tətbiq edən qanun layihəsini təsdiqləyib. D.Tramp may ayında əvvəlcə ABŞ senatında və sonra Nümayəndələr Palatası tərəfindən təsdiqlənən və Çinin …

Ətraflı oxu »

Azərbaycanlı ziyalılar küçələrdən xarici adların yığışdırılmasını tələb etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 800 nəfərə yaxın azərbaycanlı ziyalı Quzey Azərbaycan şəhərlərinin küçələrindən xarici adların yığışdırılmasını tələb ediblər. Ziyalılar Bakının merinə müraciət ediblər. Müraciətdə deyilir:  “Azərbaycan Respublikasında dövlət dili haqqında” AR qanununa (maddə 7.1.) əsasən, “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. …

Ətraflı oxu »

Türkiyə yüksək rütbəliləri Liviyaya səfər edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə rəsmi heyəti müxtəlif danışıqlar aparmaq üçün Liviyanın paytaxtı Trablusa gedib. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Berat Albayrak, Prezident Aparatı sözçüsü İbrahim Kalın, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi Hakan Fidan və başqa diplomatlar bərabər heyət olaraq Trablusda görüşlər …

Ətraflı oxu »

Urmiyada tarixi yeraltı tunellər aşkarlanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın qədim şəhərlərindən olan Urmiyada tarixi yeraltı tunellər aşkarlanıb. Tunellər Urmiyanın tarixi məhəlləsində Xətib məscidinin yaxınlığında qazıntılarda üzə çıxıb. Urmiyalıların bildirdiyinə görə kemişdə Urmiya bazarı yaxınlığında Dəmirçixana məhəlləsində də belə tarixi tunellərin aşkarlanıb, lakin mühafizə edilmə əvəzinə dövlət məmurlarının göstərişi ilə dağıdılaraq, …

Ətraflı oxu »

Rejimin həbs etdiyi Əli və Rza Vasiqi qardaşları mülki vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin iyunun 10-da həbs etdiyi azərbaycanlı milli-mədəni fəallar Əli və Rza Vasiqi qardaşları mülki vəsiqə qarşılığında zaminə buraxıldılar. Azərbaycanlı fəallar iyunun 16-da hər biri 110 milyon tümənlik mülki vəsiqə girov qoymaqla müvəqqəti sərbəst buraxılıblar. Bu azərbaycanlı fəallar iyunun 10-da öz iş …

Ətraflı oxu »

Türk ordusu terrorçulara qarşı yeni əməliyyat keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Haftanin bölgəsinə “Pəncə-Qartal” adı altında yeni hərəkatı başlayıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin tvitter hesabından verilən açıqlamada bildirilib ki, türk xalqını və hüdudlarının təhlükəsizliyini təhdid edən PKK, eynilə digər terror ünsürlərini zərərsizləşdirmək məqsədilə Hərbi …

Ətraflı oxu »

İran Beynəlxalq Nüvə Enerjisi Agentliyinin bütün qaydalarını pozub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Beynəlxalq Nüvə Enerjisi Agentliyinin bütün qaydalarını pozması dünya ictimaiyyətini ciddi narahat edib. Avropanın əsas üç ölkəsi birlikdə rejimi nüvə agentliyinin tələblərini yerinə yetirməyə çağırıb. Ağ Evin Milli Təhlükəsizlik Şurası Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Nüvə Enerjisi Agentliyinin baş katibinin İranı bu …

Ətraflı oxu »

İrqçi fars rejim Əyyub və Davud Şiri qardaşlarını mühakimə edir

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəallar Əyyub və Davud Şiri qardaşlarını mühakimə edir. Rejim azərbaycanlı milli-mədəni fəalları şərləmiş və müxtəlif ittihamlarla məhkəməyə çəkməkdədir. Əyyub Şiri “İctimai asayişi pozmaq” ittihamı ilə 23 iyunda 112 saylı Cinayət Məhkəməsində Pirinin sədrliyi ilə mühakimə ediləcək. O həmçinin …

Ətraflı oxu »

Rejim qiyabi şəkildə azərbaycanlı fəalı həbs və şallaq cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Meysəm Colanini 6 ay həbs və 74 şallaq cəzasına məhkum edib. Rejimin Ərdəbildə yerləşən 2 saylı Cinayət Məhkəməsinin 102-ci şöbəsi azərbaycanlı  fəal barəsində qiyabi şəkildə qərar çıxarıb. Ərdəbildə məhkəmə hökmlərini icra edən şöbəsinin məmurları iyunun 14-də Colaninin …

Ətraflı oxu »