Bazar ertəsi , Sentyabr 28 2026
azfa

İran Beynəlxalq Nüvə Enerjisi Agentliyinin bütün qaydalarını pozub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Beynəlxalq Nüvə Enerjisi Agentliyinin bütün qaydalarını pozması dünya ictimaiyyətini ciddi narahat edib. Avropanın əsas üç ölkəsi birlikdə rejimi nüvə agentliyinin tələblərini yerinə yetirməyə çağırıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurası Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Nüvə Enerjisi Agentliyinin baş katibinin İranı bu qurumum müfəttişləri ilə təcili və hərtərəfli əməkdaşlıq etməyə çağırmasını dəstəklədiyini elan edib.

Şura “Twitte”də baş katibin rəsmi Tehranın elan etmədiyi iki gizli nüvə obyektində axtarış aparılmasına icazə vermədiyinə dair yazdığı statusu paylaşaraq, beynəlxalq ictimaiyyətdən İranın Beynəlxalq Nüvə Enerjisi Agentliyinə əhəmiyyət verməməsinə qarşı birləşməyi istəyib.

Şuranın statusunda deyilir: “Bu günə qədər heç bir digər ölkə Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması üzrə Konvensiyanın əlavəsi çərçivəsində Beynəlxalq Nüvə Enerjisi Agentliyinin tələblərini yerinə yetirməkdən imtina etməyib”.

Qeyd edək ki, Beynəlxalq Nüvə Enerjisi Agentliyinin baş katibi Rəfael Mariyano Qrossi ötən gün “online” formatda öz işinə başlayan qurumun Qubernatorlar Şurasının iclasında 4 aydır ki, İranın onlara iki nüvə mərkəzinə daxil olmağa icazə verməməklə yanaşı, 1 ildir elan etmədiyi nüvə fəaliyyətləri ilə bağlı Beynəlxalq Nüvə Enerjisi Agentliyi ilə ətraflı danışıqlar aparmadığını da bildirmişdi.

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Bir cavab yazın