Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

CENTCOM: ABŞ və regional tərəfdaşları çoxmillətli hücum PUA-ları birliyi yaradacaq

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) avqustun 13-də, cümə axşamı, “Falcon Strike” adı verilən ilk çoxsahəli və çoxmillətli hücum PUA-ları birliyinin yaradılması prosesinə başlanıldığını açıqlayıb.

CENTCOM bildirib ki, bu birlik ABŞ hərbçiləri və regional tərəfdaşların iştirakı ilə fəaliyyət göstərəcək və havada, dəniz səthində və sualtında hücum məqsədli pilotsuz sistemlərdən istifadə edəcək.

Komandanlıq həmçinin region ölkələri ilə məsləhətləşmələrə və onların bu birliyə qoşulması üçün rəsmi dəvətlərin göndərilməsinə başlanıldığını bildirib.

CENTCOM-un komandanı Bred Kuper deyib ki, yeni imkanların birgə inteqrasiyası və istifadəsi ABŞ və regional tərəfdaşların imkanlarını daha da artıracaq.

Məlumata görə, “Falcon Strike” Yaxın Şərqdə ABŞ-ın birtərəfli hücum PUA-ları üzrə ilk ixtisaslaşmış birliyi olan “Scorpion Strike”ın yaradılmasından 9 ay sonra fəaliyyətə başlayacaq.

Bildirilir ki, “Scorpion Strike” daha əvvəl iyul ayında İrandakı liman obyektlərinə endirilən hücumlarda hücum təyinatlı pilotsuz dəniz vasitələrindən istifadə edib.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …