Cümə axşamı , Mart 28 2024
azfa

Çin dövləti məşhur türk yazarı Şərqi Türküstanda qapalı düşərgədə öldürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin dövləti 70 yaşlı məşhur türk yazar Nurməhəmməd Tohtini Şərqi Türküstanda qapalı düşərgədə öldürdü.

Çinin Şərqi Türküstan bölgəsində qapalı konsentrasiya düşərgəsində saxlanılan tanınmış uyğur yazarı Nurməhəmməd Tohti vəfat edib.

Uyğurların yaşadığı Şərqi Türküstan bölgəsində tanınmış yazar olan Tohti keçən il dövlət rəsmiləri tərəfindən evindən aparılmış və “maarifləndirilmək” üçün qapalı nəzarət düşərgəsinə salınmışdı, məlumatı onun Kanadada sürgündə yaşayan ailə üzvləri veriblər.

Tohtinin nəvəsi Berna İlçi babasının hansı şərtlər daxilində öldüyünü bilmədiklərini deyib.

“Biz bu həftə babamın sosial mediada yayılan ölüm xəbərinin doğru olub-olmadığını öyrənmək üçün nənəmə zəng vurduq. Nənəm dedi ki, o, 11 gün əvvəl rəhmətə gedib”, – Berna açıqlamasında deyib və əlavə edib ki, bilmirlər babası işgəncə ilə öldürülüb, yoxsa qapalı düşərgədə olarkən vaxtlı-vaxtında tibbi yardım göstərilmədiyinə görə keçinib.

“Həqiqət budur ki, onlar 70 yaşlı diabet və ürək xəstəliyi olan adamı qapalı düşərgəyə salıblar və bunu inkar edə bilməzlər”, – Berna deyib.

Qeyd edək ki, Nurməhəmməd Tohti Çində qapalı nəzarət düşərgəsinə salınan ilk uyğur intellektual deyil. İnsan haqları təşkilatlarının hesabatlarına görə, yüzlərlə uyğur jurnalist, tələbə və intellektual zorla Çinin dövlət nəzarətində olan qapalı konsentrasiya düşərgələrinə salınıblar. Ekspertlər bunu Çinin zorakı assimilyasiya siyasəti kimi görürlər.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Bir cavab yazın