Cümə , Dekabr 27 2024
azfa

Çin koronavirusunu günahsız əhalinin canına salan çox sayda molla və sepah terrorçu virusdan öldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mollalar və sepah terrorçuları Çindən koronavirusu gətirib birinci Quma, daha sonra isə bütün şəhərlərə yaydıqdan sonra özləri də koronavirusa yoluxub ölməkdə davam edirlər.

Bu prosesin davamında Güney Azərbaycanın qoşaçay bölgəsinin Çarbürc şəhərinin imam cüməsi molla Cəfər Azərpendar koronavirusa yoluxaraq ölüb. O bu gün dəfn edildi.

Mazandaran vilayətinin yerli hüquq-mühafizə qüvvələrinin siyasi-əqidəti bölməsinin rəisi axund Seyid Əbdüləli Rzayi də koronavirusa yoluxaraq ölüb. Çin koronavirusuna yoluxan 52 yaşlı axund martın 30-da müalicə aldığı xəstəxanada səhhətinin pisləşməsinin ardınca keçinib.

Həmçinin Sepah terror təşkilatının Sarəllah batalyonunun keçmiş komandanı və Şimali Xorasan vilayətinin hüquq-mühafizə qüvvələri komandanının sabiq müavini Məhəmməd Musazadə də koronavirusdan ölüb. Məhəmməd Musazadə martın 23-də yoluxduğu infeksiyadan ölsə də, onun ölümü ilə bağlı xəbər yenicə yayılıb. Musazadə türkmən gənclərin qatili kimi də şöhrət qazanıb.

Mazəndəran vilayətinin Neka şəhərinin İslami Təbliğat İdarəsinin rəisi axund Seyfulla Söhrabi də koronavirusa yoluxaraq ölüb.

Koronavirusdan ölən digər bir din al-verçisi molla Mahmud Haşimi Məcddir. O Tehranın Baqirəlülum mədrəsəsinin banisi və müəllimidir.

Xamneinin dini fıtva şurasının məsulu axund Seyid Cəfər Kərimi də koronavirusa yoluxaraq ölüb. Kərimi Xamneinin yaxını və onun Qumda vasitəçisi olub.

Güney Azərbaycanın xoy şəhərindən olan terrorçu sepah üzvlərindən müharibə dövründə sepah komandanı olmuş Məhəmmədəli Kərimnəjad da koronavirusdan ölüb.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın